Koronavirusa görə iybilmə qabiliyyətini qaytarmağın təbii üsulu açıqlandı

06 Mayıs 2021
521
0
Koronavirusa görə iybilmə qabiliyyətini qaytarmağın təbii üsulu açıqlandı
Koronavirusa görə iybilmə qabiliyyətini itirənlərin 10 faizində bu funksiya çox gec qayıdır. Bunun üçün kəskin ətri olan bitkilərlə məşqlər etmək kömək edir.

Feat.Az bildirir ki, bu barədə türkiyəli həkim ortoped Yusuf Muhammed Durna tövsiyələrini verib.

Onun sözlərinə görə limon, kəklikotu, nanə, mixək kimi kəskin iyi olan uçucu yağları gündə 2-3 dəfə 10-30 saniyə qoxulamaq lazımdır.

"Bu zaman nəfəsi burundan alıb vermək lazımdır. Beləliklə həmin nahiyə işləməyə başlayacaq. Müalicədə səbirli olmaq lazımdır".

Həkimin sözlərinə görə, əksər pasiyentlərin bir aydan sonra iybilmə qabiliyyətləri bərpa olunur.
Mənbə:oxu.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.