Gözün görmə qabiliyyətini 10 saniyədə bərpa edən ixtira!

27 Ağustos 2021
407
0
Gözün görmə qabiliyyətini 10 saniyədə bərpa edən ixtira!
Həkim Qart Uebb gözün yaxşı görməsini bərpa etmək üçün yeni kəşfə imza atıb. O tamamilə yeni linza kəşf edib. Bu linzalar gözə implant kimi qoyulacaq və gözün görmə qüsurunu aradan qaldıracaq. Əməliyyat anesteziya edilmədən qısa bir zamanda həyata keçiriləcək. Həkim hətta əməlyyat olunacaq xəstələrin xəstəxanada yatmayacaqları haqqında da bəyanat verib.

Həkimin kəşf etdiyi bu süni linza tətbiq edilən xəstələrdə öz effektini göstərib. Onun köməyi ilə gözün görmə qabiliyyəti bərpa olunub. Linza gözün daxilinə yerləşdirilir və kontakt linzalardan fərqli olaraq çıxarılmır. Yeni linzanın keyfiyyətinə qarantiya verilir və linza yerləşdirildikdən sonra xəstələr Snellena cədvəlində 20 nəticənin 20-i də yaxşı görürlər.

Linzanı kəşf edən həkimin sözlərinə əsasən bu gözləri zəif görən insanlar üçün çox effektlidir. Həkim onun gözə yerləşdirilməsinin də asan və linzanın təhlükəsiz oluduğunu qeyd edir. Onun söylədiklərinə görə linza gözün daxilinə yerləşdirilməsinə baxmayaraq gözün buynuz təbəqəsinə heç bir zərər vurmur. Qart Uebb kəş etdiyi eksperimentin 2017-ci ilin sonlarında bütün arzu edənlərə çata biləcəyini söyləyir. Bu bionik linzadan hələ ki, az miqdarda təcrübə üçün hazırlanıb. Mütəxəssislər bu linza sayəsində zəif görən insanların bütün problemlərinin həll olacağına inanırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.