Bu qız Rihannaya bənzədiyinə görə 20 min dollar qazandı

25 Kasım 2014
1 395
0
Bu qız Rihannaya bənzədiyinə görə 20 min dollar qazandı
Bu qız Rihannaya bənzədiyinə görə 20 min dollar qazandı


“O, jurnal səhifəsində, mən isə kollecdə parta arxasında idim”.

Amerikanın Massaçutse ştatının Boston şəhərindən olan 22 yaşlı tələbə Rihannaya çox oxşadığını bildikdən sonra bundan gəlir əldə etməyi qərara alıb.

Andel Lara ulduza o qədər oxşayır ki, pərəstişkarlar ondan əl çəkmirlər.

Andel Lara bu bənzərliyinə görə 20 min dollar pul qazanıb.

“Getdiyim hər yerdə insanlar mənə baxıb pıçıldaşmağa başlayırlar, sonra isə mənimlə şəkil çəkdirmək istəyirlər”, - Andel deyib.

Uşaqlıqda özünü çirkin sayan Andel ulduza oxşarlığını kəşf etdikdən sonra onun əkizi kimi pul qazanmağa başlayıb.

“Hər şey ikinci kursda başladı. Dostumda Rihannanın şəkli olan jurnal var idi. Jurnalı üzümə yaxın tutub oxşadığımızı dedi. Buna inanmaq çətin idi. O, jurnal səhifəsində, mən isə kollecdə parta arxasında idim”.

2010-cu ildə Rihanna “Loud” albomunu çıxardıqdan sonra yoldan keçənlər Andelə küçədə yaxınlaşmağa başlayıblar.

“Mən oxşarlıq görürəm, amma digərlərinin dedikləri qədər yox”,- Andel deyib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.