Azərbaycanlı müğənni maşınla 3 nəfəri vurub

29 Kasım 2014
1 725
0
Azərbaycanlı müğənni maşınla 3 nəfəri vurub
Azərbaycanlı müğənni maşınla 3 nəfəri vurub

Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Bu gün Cəlilabad rayonunun Günəşli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

FeaT.Az-ın Report.az-a istinadən xəbərinə görə, Vidadi İsmayılov adlı şəxs “BMW” markalı avtomobillə üç nəfər piyadanı vurub. Vurulanlar - Nərgiz Allahverənova və onun 14 yaşlı qızı Ruhəngiz Allahverənova ilə 10 yaşlı oğlu İsmayıl Allahverənovdur. Onların hər üçü xəsarət aldıqlarından xəstəxanaya yerləşdirilib. İ.Allahverənovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, sürücü V.İsmayılov müğənnidir. Sürücü və vurulan şəxslər Günəşli kənd sakinləridir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.