iOS alış-verişdə lider oldu

06 Aralık 2014
1 139
0
iOS alış-verişdə lider oldu
iOS alış-verişdə lider oldu


Bayram istirahət günlərində iPad və iPhone istifadəçiləri Android qurğu istifadəçiləri ilə müqayisədə daha çox alış-veriş ediblər.

Custoranın tədqiqatına əsasən, ABŞ-da qara cümə günündən kiber bazar ertəsinədək Apple qurğularının istifadəçiləri bütün mobil alış-verişin 78%-ni, Android istifadəçiləri isə yalnız 22%-ni ediblər.

Bu qurğu istifadəçiləri mobil alış-veriş üzrə lider olsalar da, amma Android getdikcə populyarlaşır: ötən il bu platforma istifadəçilərinin mobil alış-veriş üzrə göstəriciləri müvafiq olaraq 84% 15% olub.

Belə fərq, ilk növbədə, Appleın auditoriyasının daha zəngin olması ilə izah edilir. Apple pulu olan insanlara bahalı qurğular satır.

Bu il kiber bazar ertəsində mobil şopinq bütün onlayn şopinqin 22%-ni təşkil edib. Ötən il bu göstərici 16% olub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.