Həyat üçün təhlükəlidir.

12 Aralık 2014
1 183
0
Həyat üçün təhlükəlidir.
Həyat üçün təhlükəlidir.

Uzun müddətli tənhalıq duyğusu insan üçün olduqca təhlükəlidir. Tənhalıq insan orqanizmində mənfiyə doğru gedən proseslərə səbəb olur. Bu duyğu vaxtından əvvəl ölümə də səbəb ola bilir.

Statistika göstərir ki, xroniki tənhalıq duyğusu vaxtından əvvəl ölüm, həyat keyfiyyətinin azalması və artıq çəki ilə müşayiət olunur. Statistikaya görə, yaşlı adamların 20-40%-i özlərini tənha hiss edirlər.

Çikaqo Universitetinin professoru Con Kaçippo deyir ki, dostlar və qohumlarla sıx əlaqələri qoruyan yaşlı insanlarla bunu etməyən həmyaşıdlarının səhhətləri arasında ciddi fərq olur. Tənhalıq qanda stress hormonu sayılan kortizolun miqdarını artırır. Bu da ürək tutması və insulta yol açır. Tənhalıq insanın immun sistemini də zəiflədir.

İnsanın tənha olub-olmadığını müəyyənləşdirmək də kifayət qədər çətindir. Axı insanların bəziləri real həyatda deyil, İnternetdə özlərinə dostlar tapırlar. Əgər əvvəllər insanların həyat tərzlərinə görə tənha olub-olmadıqlarını müəyyən etmək mümkün idisə, indi vəziyyət fərqlidir. Çünki heç evdən çıxmayan, alış-verişə getməyən yaşlı adamlar bəzən ən çox oxunan bloqerlər olurlar.

Digər tərəfdən, yaxınları tərəfindən tez-tez ziyarət olunan adamlar da anlaşılmazlıq ucbatından özlərini tənha hiss edə bilirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.