Yuxu dərmanı insanın gözünü əbədi də yuma bilər.

17 Aralık 2014
2 709
0
Yuxu dərmanı insanın gözünü əbədi də yuma bilər.
Yuxu dərmanı insanın gözünü əbədi də yuma bilər.


Bu gün hər şeyin ən rahatına üz tutan insanlar hətta yuxunu belə rahat əldə etmək istəyir.

Ən kiçik yuxusuzluqda belə rahat üsul olan yuxu dərmanlarına maraq bu gün insanlar arasında geniş yayılıb. Lakin bunu əldə etmək hər insana nəsib olmur, çünki yuxu dərmanları apteklərdə reseptsiz satılmır. Bunun əvəzinə xəfif yuxu gətirən, sakitləşdirən, otlardan hazırlanmış dərmanlar satılır ki, bunların adlarını da bilməyən insan, demək olar, azdır.

Alimlər müəyyən ediblər ki, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Normadan az yatanlar daha çoxdur. Doğrudur, belə insanların intellekti daha yüksək olur. Lakin intellekt yüksək olsa belə 5-6 saat gündəlik yuxu yaşlı insan üçün kifayət etmir. Adətən yaz-yay günlərində sutkanın çox hissəsi işıqlı olduğu halda insan daha az yatır, qışda isə əksinə, yuxunun müddəti artır. Buna görə, dərmanlara həvəs artır və insan yuxusu olmadıqda belə özünü yatmağa məcbur edir. Yuxusuzluqdan əziyyət çəkən insanların böyük bir qismi isə əsasən əsəbdən əziyyət çəkənlərdir.

Nevroloq Sara Süleymanovanın sözlərinə görə, yuxu dərmanları yazılan reseptər əsasında satılır. Reseptsiz yuxu dərmanlarının satılması düzgün deyil. "Yuxu dərmanları uzun müddət yuxusuzluqdan əziyyət çəkən, gecələr yuxuya gedə bilməyən, yuxuya getdikdə bu yuxunu sabaha kimi davam etdirə bilməyən, eləcə də səhərin erkən saatlarında oyanan və yenidən yata bilməyən insanlara həkim tərəfindən yazılır. Normal gündəlik yuxusunu yatan, lakin arada 1-2 gün yuxusuzluq çəkən insanın "mütləq yatmalıyam" deyib dərman qəbul etməsi düzgün deyil" deyən S.Suleymanovaya görə, reseptsiz yuxu dərmanları da var ki, bunlar yuxu dərmanından çox insanı sakitləşdirən bitkilərdən hazırlanır və çox təsir etmə gücünə malik deyil. Lakin güclü yuxu dərmanları artıq xroniki yuxusuzluqdan əziyyət çəkən insanlara məsləhət görülür və təbii ki, reseptlə satılır. Yaxşı, keyfiyyətli yuxu dərmanı insanın yuxuya getməsini rahatlaşdırır, yuxu ərzində onu ən kiçik səbəblərdən oyanmasına imkan vermir və yuxudan oyandıqdan sonra insanda keylik, süstlük yaratmır. "Dərman insana normal yuxu yatan insan kimi təsir verməlidir. Ağır antidepresan və şizofreniya xəstələrinə yazılan yuxu dərmanları insana oyandıqdan sonra keylik verir. Uzun müddət dərmanın təsirində qalan insan özünü döyülmüş, fikrini toplaya bilməyən bir halda hiss edir. Ona görə, mümkün qədər belə dərmanların istifadəsindən uzaq durmaq lazımdır".

Yuxu dərmanları və bu kimi sakitləşdirici dərmanları qəbul etmək bütün insanlar üçün eyni nəticəni verməz. İnsan var ki, çox sağlamdır və yuxu dərmanı onun normal yuxuya getməsinə və səhər normal oyanmasına kömək edir. İnsan da var ki, yuxuda boğulma, nəfəs daralması, kəskin xoruldamadan əziyyət çəkir. Nevroloq bildirir ki, belə insanların yuxu dərmanlarından istifadə etməsi məsləhət görülmür. Çünki gecə yuxunun ağırlığından oyana bilməyən insanda boğulma yarana bilər ki, bu da həyat üçün təhlükəlidir. Hər hansı bir xəstəliyin olub-olmamasını bilmədən yuxu dərmanı istifadə etmək olduqca təhlükəlidir: "Hansı yaşda dərman qəbul etməsinə gəlincə, yuxu dərmanları üçün dəqiq yaş yoxdur. Lakin 20 yaşdan aşağı olan insanlar üçün bitki mənşəli dərmanların istifadəsi daha məqsədəuyğundur. Çünki bu yaşda olan insanların yuxu problemi oduqda bunun səbəbi ya pozulmuş yuxu rejimi olur, ya da hər hansı bir problemin varlığı. 30-dan yuxarı yaşı olan insanlar üçün də məsələnin kökündə problemi tapmaq durur. Əgər səbəb insanın normal yuxusunun pozulmasıdırsa, buna uyğun dərmanlar yazılır".

İnsan ayda bir dəfə, yaxud həftədə bir nadir hallarda yuxusuzluqdan əziyyət çəkərsə, yuxu dərmanları istifadə olunmamalıdır. Bunun səbəbi gündəlik yorğunluq, stress ola bilər. Əvəzində sakitləşdirici çay içmək, təmiz havada gəzmək dərmandan daha yaxşı təsir göstərəcək. "Elə insanlar var ki, "onlar sabah işə gedəcəm, uzun yola çıxacam, bu gecə mütləq yatmalıyam" deyib yuxu dərmanlarına üz tutur. Bu da məsələni sonradan qəlizləşdirir. Çünki zamanla bu bir növ vərdişə çevrilir və insan normal yuxusunun gəlməsini gözləmir. Gözləməyə səbri çatmadığı üçün dərmandan istifadə edir. Uyğun yuxu dərmanı seçilib istifadə olunmadığı halda ertəsi gün daha əzgin, daha key yuxudan oyanır. Yatmış, amma dincəlməmiş kimi bir görüntü ortaya çıxır. Gün ərzində də dərmanın təsiri öz qüvvəsində qalır və daim əsnəyərək gəzməyə məcbur olur. Buna görə də, nadirən yuxusuzluqdan əziyyət çəkən insanın yuxu dərmanı qəbul etməsi düzgün deyil".

S.Süleymanova qeyd edir ki, davamlı olaraq yuxu dərmanının istifadə olunması da düzgün deyil. Dediyinə görə, daim, ara verilmədən istifadə olunan dərmanlar insanda o dərmana öyrəşdirir və bir müddət sonra dərman istifadə olunsa belə əvvəlki kimi effekt vermir: "Hansı dərman olur-olsun istifadəsi zamanı arada fasilə vermək vacibdir. Yuxu dərmanından uzun istifadə digər orqanlara da təsir edir. Qaraciyər və böyrəklər belə dərmanlardan ən çox zədələnən sahə olur. Xüsusən belə dərmanlar böyrəkləri zədələyir ki, sonradan böyrəklər üçün də müalicə lazım olur. Ona görə, yuxu dərmanlarından istifadə məsləhətli deyil".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.