Microsoft yeni brauzer hazırlayır

09 Ocak 2015
2 169
0
Microsoft yeni brauzer hazırlayır
Microsoft yeni brauzer hazırlayır


ABŞ-ın Microsoft korporasiyası əfsanəvi Internet Explorer brauzerini əvəzləməyə hazırlaşır. Spartan adlanan yeni layihənin yüksək işləmə sürəti ilə seçiləcəyi və Firefox və Chrome kimi digər populyar brauzerləri xatırladacağı nəzərdə tutulur.

Məhsulun bazara Microsoft-un Windows 10 əməliyyat sisteminin yeni versiyası ilə eyni vaxtda çıxarılacağı gözlənilir. Qeyd olunur ki, söhbət Internet Explorer brauzerinin sayca 12-ci versiyasından getmir. 12-ci versiya bazara korporasiyanın digər iki məhsulu ilə birlikdə çıxarılacaq.
Spartan iki modifikasiyada - mobil telefonlar və fərdi kompüterlər üçün nəzərdə tutulacaq. Proqramın adı hələ ki işləkdir. Bir müddət sonra onun dəyişiləcəyi istisna edilmir.
Korporasiya yeni brauzerin təqdimatını yanvarın 21-də keçirməyi planlaşdırır. Lakin bu, brauzer üzərində işin sürətlə getməyəcəyi təqdirdə gec də baş tuta bilər, - Vesti yazır.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.