Ən qorxulu pəhriz...Bunu etmiyin!

Ən qorxulu pəhriz...Bunu etmiyin!
Ən qorxulu pəhriz...Bunu etmiyin!

Ən qorxulu pəhriz...Bunu etmiyin!

"Korset pəhrizi" ölüm riski daşıyır.



Feat.az Rus saytlarına istinadən xəbər verir ki, qadınlar üçün gözəl bədən quruluşuna sahib olmaq önəmli məsələlərdən biridir. Düzgün, səliqəli bədən quruluşuna sahib olmaq heç də asan olmadığı kimi olduqca iradə də tələb olunur. Yeyilən, içilən hər bir qida, daim idman hərəkətləri, sağlam yaşamla əldə oluna biləcək ideal bədən quruluşuna, təəssüf ki, nail olmaq hər zaman mümkün olmur.

Kökəlməyə meyllilik də araya girincə, ümumiyyətlə, formalı bədən quruluşundan söhbət açmaq yersiz olur. Çarə isə qorxulu pəhrizlər, bitməyən idman hərəkətləri, qeyri-təbii və qeyri-sağlam qidalanma və son illərin dəbi sayılan korsetlər olur.
Son zamanlar yeni bir arıqlamaq metodu yayılıb. "Korset pəhrizi" adlandırılan bu arıqlama metodu bir növ əziyyətsiz olduğundan olduqca diqqət çəkir. Xanımlar hesab edirlər ki, korset taxmaq mədə şuntlamasını əvəz edə bilər. Eyni zamanda qadın yatarkən belə bel incəlməsi üçün vaxt onun xeyrinə işləyəcək və daim korset istifadəsi kifayət edəcək ki, müəyyən müddətdən sonra incəbel olmaq mümkün olsun. Üsulun mahiyyəti isə çox sadədir. Gündə ikicə saat bu dəb atributunu geyinmək lazımdır. Ancaq belə məlum olub ki, qadınlar dərhal nəticə əldə etmək məqsədilə bədənlərinə 2 saat deyil, düz 12 saat əziyyət verməyə hazırdırlar. Bu canfəşanlıq isə sümük toxumasının dəyişməsinə yol açır, sinəylə nəfəs almanı çətinləşdirir, daxili orqanları sıxır, qan dövranını pozur, ən pis halda isə hər hansı bir orqanı sıxaraq fəaliyyətini dayandırır.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.