Azərbaycanda bu gün 5-ci zəlzələ qeydə alındı: Əhali təşvişdədir

29 Eylül 2014
1 656
0
Azərbaycanda bu gün 5-ci zəlzələ qeydə alındı: Əhali təşvişdədir
Azərbaycanda bu gün 5-ci zəlzələ qeydə alındı: Əhali təşvişdədir


Azərbaycanda daha bir zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07:30-da Xəzər dənizində qeydə alınıb. 3.0 maqnitudada, 51 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.

Qeyd edək ki, bu gün sübh saat 06:38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə zəlzələ qeydə alınıb. 12 km dərinlikdə baş verən yeraltı təkanlar episentrdə 6 bal, Qəbələdə 5 bal və Respublikanın əksər rayonlarında 4-3 bal gücündə hiss olunub. Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Yerli vaxtla 08:55-də yerin 11 km dərinliyində 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Digər bir təkan isə 09:19-də baş verib. Yeraltı təkanlar 3,3 bal gücündə olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bundan sonra zəlzələ yerli vaxtla saat 11:07-də Lerikdən 22 km şimal-şərqdə qeydə alınıb. Yeraltı təkan 3.20 maqnitudada, 20 km dərinlikdə baş verib.

Zəlzələ ilə bağlı xüsusi komissiya yaradılıb. Komissiya zəlzələ nəticəsində yaşayış sahələri və inzibati binalara hər hansı bir zərər dəyib-dəymədiyini araşdırır: “Bu vaxta qədər hər hansı dağıntı ilə bağlı məlumat daxil olmayıb. Lakin köhnə evlərdə kiçik çatların olması istisna edilmir. Komissiya bütün bu halları araşdıracaq”.

Qeyd edək ki, zəlzələ ilə bağlı Modern.az-a açıqlamasında Qəbələ rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Varis Yaqubov deyib ki, zəlzələdən sonra əhali təşvişə düşüb.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.