Azərbaycan və başqa ölkələrin müəllimlərinin maaş fərqi (Siyahı)

15 Ekim 2014
1 806
0
Azərbaycan və başqa ölkələrin müəllimlərinin maaş fərqi (Siyahı)
Azərbaycan və başqa ölkələrin müəllimlərinin maaş fərqi (Siyahı)
Azərbaycanda müəllimlərin maaşı uzun illərdir müzakirə olunur. Əmək haqlarının nəhayət dolanışığa yetəcək qədər artacağına ümid edən Azərbaycan müəllimi hələ ki gözləyir.
Təhsil işçilərinin əməkhaqları sonuncu dəfə bu ilin avqustunda 10 faiz artırılıb. İndi Azərbaycan müəllimi orta hesabla ayda 200-300 manat arası maaş alır. Bu isə ilə 3000-3700 dollar deməkdir.
Azərbaycan pedaqoqlarının əməkhaqqı inkişaf etməkdə digər ölkələrlə müqayisədə çox aşağıdır. Nəzərə alsaq ki, Azərbaycan neft ölkəsidir, o zaman buna əsaslanıb deməliyik ki, bizim müəllimlər Avropa müəllimləri qədər maaş almağa haqq edirlər.
Modern.az saytı azərbaycanlı müəllimlərlə onların bəzi xarici həmkarlarının maaşını müqayisə edib. Mənzərə ilə siz də tanış olun:


Azərbaycan müəllimi – stajdan asılı olaraq ildə 3000-3700 dollar;

Lüksemburq müəllimi – stajdan asılı olaraq ildə 50-98 min avro;

Belçika müəllimi – stajdan asılı olaraq ildə 30- 50 min avro;

Fransa müəllimi – stajdan asılı olaraq ildə 18-58 min avro;

Almaniya müəllimi – stajdan asılı olaraq ildə 35-58 min avro;

Böyük Britaniya müəllimi – ildə orta hesabla 34 min avro;

Türkiyə müəllimi – ildə 12-18 min avro;

Polşa müəllimi – ildə 7-12 min avro;

Slovakiya müəllimi – ildə 7-13 min avro;

Rusiya müəllimi – ildə 7-25 min dollar;

İsrail müəllimi – ildə 15-30 min avro.

Ermənistan müəllimi – ildə 2500 dollar;

Gürcüstan müəllimi – ildə 2500 dollar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.