Əkiz Bacılar köhnə kitab yeməsə öləcək

14 Ağustos 2014
5 907
0
Əkiz Bacılar köhnə kitab yeməsə öləcək
Əkiz Bacılar köhnə kitab yeməsə öləcək

Britaniyanın Bredford şəhərində yaşayan 50 yaşlı ekiz bacılar – Adel və Anitanın ən sevimli yeməyi köhnə kitablardır.

Feat.az xəbər verir ki, onlar həmçinin mumdan hazırlanmış şamları və köhnə kitab iyi verən digər əşyaları da yeyirlər. Bacıların sözlərinə görə, belə “delikateslər”i yeməsələr, bir gün də yaşaya bilməzlər.

Qidalanmanın belə qeyri-adi şəkildə pozulması (PICA) müalicəyə çox çətinliklə yatır. Bu xəstəlikdən əziyyət çəkən insanlar çox vaxt qum, daş, palçıq, boya və digər qeyri-xarakterik məhsulları yeyirlər. Bu xəstəlik Adeldə 8-9 yaşlarından əmələ gəlib. Hazırda o, gündə 5 sm-ə yaxın mum şam yeyir, həm də bu vərdiş qadının səhhətində heç vaxt problem yaratmayıb. Şam yemək Adelin əsəblərini sakitləşdirir, bəzi insanlar bu məqsədlə şokoladdan istiadə edirlər.

Anita hamilə olanda ilk dəfə özündə xəstəliyin əlamətlərini hiss edib: qadın köhnə kitab iyi verən əşyalara sakit baxa bilmirmiş. Bir dəfə o, saralmış kağız vərəqini yeyir və təəccüblənir ki, dad xoşuna gəlir, eyni zamanda, köhnə kitab iyi verən əşyaları iyləmək arzusu bir müddətə itir (yəni, doyur). Anita bu gün də köhnə kitabları yeməyə davam edir, həm də nə toz, nə bakteriyalar onu bu vərdişdən çəkindirə bilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.