16.10.2015 Sabaha Olan Hava Proqnozu

15 Ekim 2015
1 997
1
16.10.2015 Sabaha Olan Hava Proqnozu

Azərbaycanın bəzi dağlıq ərazilərində sulu qar yağacaq
16.10.2015 Sabaha Olan Hava Proqnozu

Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz güclənəcək. Gecə 12-14°, günün birinci yarısında 15-17°, axşama doğru 12°-dək isti olacaq.

Oktyabrın 16-da və 17-də Abşeron yarımadasında qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 16-21° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Sulu qara keçəcəyi ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Gecə 2-6°, gündüz 7-12° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi arabir güclənəcək. Temperatur gecə 8-12°, gündüz 12-17° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Gecə 9-14°, gündüz 14-18° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz arabir güclənəcək. Temperatur gecə 10-13°, gündüz 14-17° isti, dağlarda gecə 6-11°, gündüz 11-14° isti təşkil edəcək.bizimyolinfo
Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    Üzərindən xeyli vaxt keçsədə təşəkkürlər..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.