Əhaliyə xəbərdarlıq edildi: qar yağacaq - 25 Oktyabr hava proqnozu

24 Ekim 2015
2 172
4
Əhaliyə xəbərdarlıq edildi: qar yağacaq - 25 Oktyabr hava proqnozu
Əhaliyə xəbərdarlıq edildi: qar yağacaq - 25 Oktyabr hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq etdi.

Oktyabrın 26-dan 29-dək ölkə ərazisində yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 17-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında çiskin olacağı, axşam isə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Hava yaxşı Keçir hələki)
  2. Demir
    • Demir
    • 25 Ekim 2015 11:18
    Havalar bele tez soyuqlawmasa yaxwi olardi
  3. -Aydan-
    -Hələki hava yaxşıdı ...
    Məlumat üçün təşəkkürlər.
  4. AleDa
    • AleDa
    • 24 Ekim 2015 21:26
    Yagısı ve qarı cox sevırem ama bakıya yarasmır.. Rayonda olasan ıstı ev colde de yagıs. Pencereden ızleyesen..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.