İyunun 13-ə olan Hava Proqnozu

12 Haziran 2016
1 753
0
İyunun 13-ə olan Hava Proqnozu
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 , gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağışın Lənkəran–Astara zonasında intensiv olacağı ehtimal var. Hava gündüz əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 26-31 , dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.