Sabaha olan hava PROQNOZU

08 Haziran 2017
1 455
0
Sabaha olan hava PROQNOZU
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında


İyunun 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 27-32, Bakıda gecə 18-20, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında


İyunun 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24

dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz


İyunun 09-10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.