"Qəhrəman bir Ana tərəfindən, yüz ilin Dahisinə Çevrilmiş "Anormal" bir uşaq"

"Qəhrəman bir Ana tərəfindən, yüz ilin Dahisinə Çevrilmiş "Anormal" bir uşaq"
"Qəhrəman bir Ana tərəfindən, yüz ilin Dahisinə Çevrilmiş "Anormal" bir uşaq"

Tomas Edison (1847-1931) bir gün evə gəlir və anasına bir kağız uzadaraq:
- "Bu kağızı müəllimim verdi və yalnız sənə verməmi istədi" deyir.
Ana kağızı açır, göz yaşıarı içində səsli olaraq oxumağa başlayır.
" Oğlunuz dahidir. Lakin məktəbimiz onun üçün çox kiçikdir və ona kifayət qədər təhsil verə biləcək müəllimimiz yoxdur. Xahiş edirik, ona özünüz təhsil verin."
Aradan uzun illər keçdikdən sonra, Edisonun anası vəfat etdiyində o artıq əsrin ən böyük alimlərindən biri idi və bir gün köhnə ailə əşyalarını qarışdırırkən, siyirmənin küncündə qatlanmış bir kağız tapır. Kağızı açır, oxumağa başlayır:
"Oğlunuz "anormal" uşaqdır. Artıq onun məktəbimizə gəlməsinə icazə vermirik..."

Edison xeyli ağladıqdan sonra gündəliyinə bu sətirləri yazır:
"Tomas Alva Edison qəhrəman bir ana tərəfindən, yüz ilin dahisinə çevrilmiş "anormal" bir uşaqdır."
Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu.
Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır.Fb Kitab
Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Halal olsun elə anaya..
    -TəşəkkürLər...
  2. AleDa
    • AleDa
    • 2 Kasım 2015 21:47
    Cox pıs oldum.. Tesufkı ındı xeste usaqlara dıqqet etmırler, yaxsı davranmırlar. Maraqlı melumat ıdı. Tewekkurler..
  3. SindireLLa
    Məlumata görə təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.