Fırıldaqçı Con Lo

09 Kasım 2015
1 162
2
Fırıldaqçı Con Lo
Fırıldaqçı Con Lo

Fırıldaqçı Con Lo

Con Lo 1671-ci ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində dünyaya göz açmışdır. Onun atası zərgər idi, başqa sözlə ona qızıl ustası da demək olardı.1683-cü ildə o Loriston adlı çox da böyük olmayan mülk alır və zadəgan titulu qəbul edir. Pulu, cazibəli zahiri görünüşü, alicənab davranışı və zərif ədaları olan Con Lo, çox tezliklə oyunçu həyatına başlayır və bretyor-duel həvəskarına çevrilir. 20 yaşında Lo, onun üçün həddindən artıq əyalət sayağı təsir bağışlayan Edinburqu tərk edir və Londona yola düşür.
Londonda o, «Yaraşıqlı Lo» adı ilə məşhurlaşır. 1694-cü ildə o, dueldə öz rəqibini öldürür, buna görə onu ölüm cəzasına məhkum edirlər. Amma kral İkinci Vilhelm hökmü təsdiqləmir. Lo həbsxanaya düşür, amma oradan qaçmağa müyəssər olur. Bundan ötrü o, hətta 9 metrlik divarın üstündən hoppanmalı olur. Bundan sonra, Lo uzun müddət ərzində İtaliyada qəribçilik həyatı sürməli olur, həmin dövrdə isə bu ölkədə bank işi xüsusi ilə inkişaf edir və çiçəklənirdi. Yenidən öz vətəni Şotlandiyaya qayıdandan sonra o, iki dənə əsər yazır, burada onun sağlam və maraqlı fikirləri əks olunur, eyni zamanda, o, sübut etməyə çalışır ki, pullar xalqın var dövlətini təşkil edir, ona görə də pulların artmasının qeydinə qalmaq lazımdır.john louDaha sonra o, Hollandiyaya pənah gətirir və burada çox asanlıqla yerli bankirlərin çevrəsinə daxil olur. 1705-ci ildə Lo
«Pul və ticarət, -dövlətin pulla təmin edilməsi təklifi prizmasında» adlı kitabını dərc etdirir. Özünün hazırladığı ideyaları Lo Fransada gerçəkləşdirə bilir, burada o kral bankının rəhbərinə çevrilir. Həmin dövrdə bu ölkə tamamı ilə müflis vəziyyətdə idi, dövlət borcu dayanmadan artır, vergilərin toplanmasında isə haqsızlıq və ədalətsizlik hökm sürürdü.

Fırıldaqçı Con Lo

Metal pulların dəyişilməsi

Fırıldaqçı Con Lo

Lo növbəti sistemi təklif edir, o sadəliyinə görə olduqca heyrətləndirici olur. O ticarətdə iştirak edən tərəflər arasında qəbul edilmiş hesab formasını tətbiq etməyi təklif edirdi. Başqa sözlə desək, o sikkələri əskinazlar-bank biletləri ilə dəyişməyi təqdim edirdi. Amma bu kağızların əhalinin etibarını qazanması üçün onlar çox güclü və varlı bir müəssisənin zaminliyi ilə təmin olunmalı idi.
Lo nüfuzlu şəxslərin dəstəyi ilə bu məqsəddən ötrü bank yaratmaq qərarına gəlir, bu bank ticarətçilərin ödəniş tapşırığını qəbul etməli və bunların əvəzində onlara öz biletlərini verməli idi. Adət edilmiş pulların məhz bu biletlər ilə dəyişilməsi nəzərdə tutulmuşdu. Həmçinin də söz verilmişdi ki, bank biletləri (ticarətçilərin ödəmə tapşırıqlarından fərqli olaraq) elə ilk müraciət zamanı qızıl və ya gümüşlə ödəniləcəkdir. Bu ideya kralın xoşuna gəlir və o, Loya bank təsis etməyə icazə verir, çox keçmir bu bank əhali arasında böyük populyarlıq və görünməmiş rəğbət qazanır.


Fırıldaqçı Con Lo

Missisipi kompaniyası

Fırıldaqçı Con Lo

Lonun eksperimentlərinin biri sayəsində Missisipi kompaniyası təşkil olunur. Lonun heç də xəsislik etmədiyi geniş reklam kampaniyası Amerikanın Missisipi rayonunun görünməmiş var dövləti haqqında danışırdı, burada aborigenlər adi bəzək-düzək, oyuncaq əşyaların əvəzinə gəlmə fransızlara qızıl və daş qaş hədiyyə edirdi. Həmçinin də deyilirdi ki, möhkəm ticarət donanması artıq yeni dünyadan Avropaya qiymətli daş-qaşlar, qızıldan da baha hesab olunan ədviyyatlar, tütün və ipək gətirməyə başlayıb.
Bütün bunlar az imiş kimi, Parisdə belə söz-söhbət gəzməyə başlayır ki, Luizianada bir neçə qızıl yatağı aşkar olunub və bu yatağın amal olunmasında ötrü Kral bankı Hindu firmasına 25 milyon banknotlarla avans pul verib.
Bu xəbərdən sonra kompaniyanın səhmlərinin qiyməti barmaq sayılı günlər ərzində 5000-dən 25000 livrə yüksəlir. Bu səhmlərin kütləvi alınması və təkrar satışı sanki bir epidemiyaya oxşayır. Səhmlər nə qədər çox satılırdısa, bir o qədər də populyar olur və kompaniyaya da elə o qədər gəlir gətirirdi. Bu, ona daha çox reklam satmağa icazə verir və bununla da bir o qədər maraq cəlb etməyə imkan verirdi. Vəsaitləri bu tip dövriyyəsi sonsuz şəkildə davam edirdi.
Səhmlərin satış məntəqələrinin qarşısında alıcı izdihamı yaşanırdı, insan əlindən tərpənmək olmurdu, qraf və baronlar uzun saatlara növbəyə dayanırdı ki, Con Lonun qəbuluna düşə bilsinlər. Kompaniyanın katibi isə bir neçə gün ərzində növbəsiz qəbul təşkil etmək üçün götürdüyü rüşvətlər sayəsində özünə əməlli-başlı sərvət toplaya bildi.
Bu pulların çox cüzi bir hissəsi gəmiqayırma və səyahət avadanlıqlarına sərf olunurdu, kompaniya səhm satışından əldə etdiyi olduqca iri məbləğdə pulların böyük hissəsini isə dövlət borc obliqasiyalarına yatırdı. Faktiki olaraq, kompaniya sahiblərdən obliqasiyaları alaraq, bütün dövlət borcunu öz üzərinə götürdü. Bu borcun miqdarı təxminən 2 milyard livr təşkil edirdi.
1720-ci ilin yanvarında Con Lo öz xidmətlərinə görə mükafatlandırılır. Onu Fransanın baş kontrolçusu (nəzarətçisi) təyin edirlər. Bu heç də təəccüblü deyil, axı məhz onun səyləri sayəsində vətəndaşların könüllü etdiyi ödəmələr nəticəsində dövlət xəzinəsi qısa müddət ərzində bir neçə yüz milyon livrlə dolur!


Fırıldaqçı Con Lo

Bankrot

Fırıldaqçı Con Lo

Payızda Missisipi kompaniyasının iflasa uğradığı bəyan edilir. Aksiyaların kursunu daima, süni şəkildə yuxarıda saxlamaq alınmır. Axı bundan ötrü gərək müəssisə gəlir gətirsin ki, maliyyə böhranı baş verdiyi təqdirdə öz aksiyalarını birjada yenidən geri ala bilsin. Amma heç bir gəlir haqqında söhbət belə gedə bilməzdi. Missisipi çayının sahilləri keçilməz cəngəllik və sıx meşələr ilə əhatə olunmuşdu, burda cəmi bir neçə ölgün kənd var idi və heç bir qızıl yatağının izi-tozu belə görünmürdü. Insanlar aldadılmışdı.
Səhmlərin qiymətinin çox baha olması bəzi səhm sahiblərini onları satmağa məcbur etdi. Bu digər sərmayəçilərin ürəyinə şübhə saldı və beləliklə onların arasında etibarsızlıq dalğası baş qaldırdı. Əks zəncirvarı reaksiya başladı: səhmlərin qiyməti dəhşətli sürətlə aşağıya doğru getdi, bu isə inamsızlıq və panikanı daha da gücləndirirdi, panika artdıqca isə qiymətlər daha da enirdi, hər şey biri ilə olduqca sıx bağlı idi.
Nəticədə kompaniya bütünlüklə bankrot oldu Yüzlərlə insan Conun arxasında düşüb, ondan pullarını qaytarmağı tələb edirdi, onu hər yerdə izləyirdilər. O, əhalidən gizlənmək üçün, özü kimi fırıldaqçı, sepukluyant bir regentin evində sığındı. Parlament ya onu asmağı, ya da ömürlük Bastiliya qalasına məhkum etməyə tələb edirdi. Lakin həmin regent sayəsində, Con ölkə sərhədlərini tərk edərək, onu gözləyən cəzadan yaxa qurtara bildi, beləliklə o Fransadan qaçdı.


Fb Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    aa bu firildakcidi 0_o :D xebere gore cox sagol bax bunu bilmirdim heqi
  2. BaBY..
    Heqiqente maraqli melumat idi.Tewekkurler.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.