Sara xatun kimdir?

21 Kasım 2015
5 404
3
Sara xatun kimdir?
Sara xatun kimdir?

Sara xatun kimdir?

Sara Xatun - Azərbaycan tarixində ilk birinci ledi statusunda olmuşdur və Şərqdə ilk diplomat qadındır. Ağqoyunlu hökmdarı Uzun Həsənin anasıdır.

Sara xatun Bayandur eli içində doğulmuşdur. Ağqoyunlular dövlətinin siyasətinin sahmana salınmasında görkəmli diplomat və dövlət xadimi kimi böyük rolu olmuşdur. İstidadlı diplomat qadın kimi məşhur olan Sara xatun, hətta Avropa ölkələrində də tanınırdı. O, dövlətin idarə işlərinində hökmdar oğluna yaxından kömək etmişdir. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələrinin onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərdi. O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Məhməd kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə itmişdir. Bir diplomat kimi Sara xatunun fəaliyyətində onun sultan II Məhmədlə bağladığı 1461-ci il Yassıçəmən sülhünün böyük əhəmiyyəti var. Bu sülh hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarları ilə bağladığı ilk müqavilələrdən biridir. Teymurlu hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara xatunla görüşmək və öz məqsədləri üçün onun sakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara xatun diplomat və dövlət xadimi olmaqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur.

Sara xatun kimdir?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    marakli melumat idi oxudum biraz ellerine salik
  2. Bella
    • Bella
    • 21 Kasım 2015 18:36
    Maraqlı və məlumatlandırıcı xəbərdir. Bu cür xəbərlərin saytda yer almasına çox sevindim. Ona görə ki, bu bizim məlumatlanmağımızda, bilgi əldə etməyimizdə böyük rol oynayır. Sağ ol ki, bu xəbəri paylaşdın. Düzdür, mən Sara xatun haqqında bilirdim , amma bəzi məqamları unutmuşdum. Oxuyub, təkrarlamaq yerinə düşdü. )
  3. -Aydan-
    -Az-bir az biliridim.. Məlumatım dahada artdı təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.