Anton Çexov tərbiyəli insanın 8 xüsusiyyətini açıqlayır

Anton Çexov tərbiyəli insanın 8 xüsusiyyətini açıqlayır
Anton Çexov tərbiyəli insanın 8 xüsusiyyətini açıqlayır

Anton Çexov tərbiyəli insanın 8 xüsusiyyətini açıqlayır

Anton Çeхоv dramaturq kimi də klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. O, iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tоlstоy Çeхоvun yaradıcılığı haqqında belə deyib: “Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.

Anton Çexov tərbiyəli insanın 8 xüsusiyyətini açıqlayır

Rus klassik Anton Çexovun qardaşı, istedadlı rəssam Nikolay Çexov zəif xarakterli bir insan idi, sərxoşluğa qurşanmaqla özünü məhv edirdi. Onun qardaşına keyfiyyətli insana məxsus 8 keyfiyyətlə bağlı yazdığı o tarixi məktubu təqdim edirik.

… Tez-tez şikayət edirsən ki, səni “başa düşmürlər!”. Unutma, hətta Göte və Nyuton kimi dahilər ağır həyata rəğmən heç vaxt şikayətçi olmayıblar. Şikayətçi bir tək Məsih idi, o da, öz “mən”indən deyil, təliminin diqqətdən kənar qalmasından… Səni yaxşı başa düşürlər… Əgər sən özün özünü başa düşmürsənsə, bu, başqalarının günahı deyil…
İnan ki, doğma qardaşın və yaxın adamın olaraq səni çox yaxşı başa düşürəm, bütün qəlbimlə halına acıyıram… Sənin bütün yaxşı cəhətlərini beş barmağım kimi bilirəm, onlara yüksək dəyər verirəm, dərin hörmətlə yanaşıram. İstəsən, yaxşı cəhətlərini bir-bir sadalayıb səni başa düşdüyümü isbat edərəm. Məncə, sən çox xeyirxahsan, geniş ürəklisən, eqoist deyilsən, son qəpiyini də bölüşməyə hazırsan, səmimisən; paxıllıq və nifrət sənə yaddır, qəlbin safdır, insanlara və heyvanlara qarşı rəhmdilsən, acıdil deyilsən, ürəyində kin saxlamırsan, insanlara inanırsan… Bunlardan əlavə, sənin çoxlarında olmayan istedadın var. Bu istedad səni ətrafında olan minlərlə insandan yüksəyə qaldırır, çünki böyük rəssam istedadı iki milyon insandan yalnız birinə qismət olur…
İstedad insanı yüksək mənsəb sahibi edir: pis adam da olsan, yenə hörmət edəcəklər, çünki insanlar istedada görə çox şeyi bağışlayırlar. Sənin yalnız bir qüsurun var. Məhz bu qüsur sənin yanlış tərzinin, kədərinin və səni bürümüş xoranın kökündə dayanır. Bu, sənin tərbiyəsizliyindir. Başğıla, lütfən, amma bunu deməyə məcburam. Veritas magis amicitiae [həqiqət dostluqdan daha yüksəkdir]… Məsələ ondadır ki, həyatın öz şərtləri var… İntelligentlər mühitində öz layiqli yerini tutmaq, onlar arasında özünü yad hiss etməmək, onun ağırlığından əzilməmək üçün gərək məlum qədəri ilə tərbiyəli olasan… İstedad səni bu mühitə salıb, sən bu mühitə məxsussan, amma… bu mühit səni əzir, çünki mədəni publika və öz məşum tərzin, öz çevrən arasında balans yaratmaq lazım gəlir… Bu, çox çətindir, son dərəcə çətindir.

Anton Çexov tərbiyəli insanın 8 xüsusiyyətini açıqlayır

Tərbiyəli insanlar, mənim fikrimcə, aşağıdakı məziyyətlərə sahibdilər:

Anton Çexov tərbiyəli insanın 8 xüsusiyyətini açıqlayır

1. Onlar insan şəxsiyyətinə hörmət edirlər, buna görə də həmişə bağışlayan, yumşaq, nəzakətli, güzəştəgedəndirlər… İtmiş saqqızdan və ya çəkicdən məsələ qaldırmırlar; birlikdə yaşadığı insanları heç nəyə məcbur etmirlər, çıxıb getdikdə isə demirlər: sizinlə yaşamaq olmur! Onlar səs küyə də, soyuğa da, yanmış yeməyə də, kənar adamlarla bir evdə yaşamağa da dözəndirlər…

2. Onların təkcə dilənçilər və pişiklərə yazığı gəlmir. Bəzən gözlə görülməyən hadisələr də onların qəlbini deşir…

3. Onlar başqalarına aid hər bir şeyə hörmətlə yanaşırlar və elə bunun hesabını gec tez ödəyirlər…

4. Onlar dürüstdürlər və yalandan od qədər qorxurlar. Hətta adi işlərdə belə yalan danışmazlar. Onlara gorə, yalan, dinləyən üçün alçaldıcıdır və danışanı onun gözündə dəyərsizləşdirir. Onlar küçədə özlərini çəkmirlər, evdə olduqları kimidirlər, başqalarının gözünə kül üfürmürlər… Onlar boşboğaz deyillər və icazə verilmədikdə zorla səmimi olmağa çalışmırlar… Bəzən insanların qulağına hörmətən belə susurlar.

5. Onlar rəğbət və kömək üçün başqalarının yanında özlərini alçaltmirlar. İnsanların qəlbinin tellərinə qəsdən toxunmurlar ki, qarşılığında şəfqət və mərhəmət alsınlar.

6. Onlar lovğa deyillər, şöhrət kimi saxta brilliantlar onlara görə deyil.

7. Əgər onlarda bir istedad varsa, ona o qədər hörmət bəsləyirlər ki, sakitliklərini, qadınları, şərabı, görünüşü ona qurban verirlər…

8. Onlar özlərində estetikanı yetişdirirlər. Üst geyimi ilə yuxuya gedə bilmirlər, divarda böcəklər yığışmış boşluğu görməyə, pis havada nəfəs almağa, tüpürcək dolu küçədə gəzməyə, kerosin udmağa dözə bilmirlər. Onlar çalışır ki, mümkün qədər cinsi instiktlərini əhliləşdirərək ucaltsınlar. Onlara qadından sırf yataq, atlara məxsus tər, yalandan hamilə olduğunu dedizdirən fırıldaqçı ağıl lazım deyil… Onlara təravət, zəriflik, insanlıq gərəkdir… Onlar təsadüfi içilmiş araqla özlərindən çıxıb şkafı iynəməyə başlamırlar, çünki bilirlər ki, donuz deyillər. Onlar ancaq sərbəst olduqda, səbəb olduqda içirlər… Çünki onlara mens sana in corpore sano(sağlam bədəndə sağlam zehin) lazımdır.


Anton Çexov tərbiyəli insanın 8 xüsusiyyətini açıqlayır


pahoo.az/kultura.az/Tərcümə: Ruslan Köçərli
Əvvəlki Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 12 Ocak 2016 23:09
    Oxudum maraqli aciqlamasi var insan terbiyesi haqqinda amma dusunurem ki,bu 8 xususiyyet hamisi bir insanda cemlese bilmez.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.