İş Axtaran Gənc Oğlanın Ən Varlı Sahibkar Olmasl

12 Şubat 2016
1 857
2
İş Axtaran Gənc Oğlanın Ən Varlı Sahibkar Olmasl
İş Axtaran Gənc Oğlanın Ən Varlı Sahibkar Olmasl

ABŞ-da iş axtaran gənc bir oğlan avtomobil sənayesinin maqnatı, məşhur sahibkar Henri Fordun qəbuluna düşmək istəyir. Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay sonra görüşə biləcəyini deyir. Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə yollanır. Katibə Fordun bir görüşü olduğunu, amma gəncin onunla birlikdə gedə biləcəyinı söyləyir. O, dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir. Yolda heç biri ağzını açıb danışmır. Bir qədər sonra ikisi birlikdə bir mağazaya girirlər. Mağaza sahibi onları ehtiramla qarşılayır. Gənc oğlan Fordun yanında daha 5 marketə baş çəksə də, ikisinin arasında heç bir söhbət olmur. Nəhayət, geriyə qayıtmaq üçün maşına əyləşəndə gənc dayana bilmir və Forda: “Bağışlayın, niyə mənimlə danışmırsınız? Axı biz sizinlə mənim işə götürülməyim barədə söhbət etməliyik. Mən 8 aydır ki, bu anı gözləyirəm”, – deyir. “Deməli, səninlə söhbət etməliydik hə?! Çox yaxşı...” – deyən Ford gəncdən maşından düşməsini xahiş edir və özü də oradan uzaqlaşır. Cibində bir qəpiyi belə olmayan və şəhərin kənar bir məhəlləsində qalan gənc əsəbindən nə edəcəyini bilmir və piyada evinə yollanır.
Amma bütün gün boyu fikirləşirdi ki, məşhur sahibkar ona bu hərəkətlərlə nəsə çatdırmaq istəyirdi. Bu hadisədən necə dərs çıxarılmalı idi? Bir neçə gün fikirləşdikdən sonra öz-ozlüyündə müəyyən qərara gələn oğlan Fordla birgə getdikləri ilk mağazaya baş çəkir. Oranın sahibi oğlanı böyük ehtiramla qarşılayır və sanki Fordla söhbət edirmiş kimi, gəncə iltifat göstərir. Digər mağazalarda da eyni münasibəti görən oğlan market müdirlərinə işgüzar təklif verərək, onların məhsullarını pərakəndə məntəqələrə yaymaq istədiyini bildirir. Hər birindən müsbət cavab alır və əlində bir qəpiyi belə olmadan işə başlayır. Beş il sonra həmin gənc Amerikanın ən varlı sahibkarlarından biri olur. Və qərara gəlir ki, Henri Fordu ziyarət edib ona öz təşəkkürünü bildirsin. Katibədən görüş üçün vaxt istədikdə aldığı cavabdan heyrətə düşür: “Buyurun, cənab Ford elə sizi gözləyirdi”. Görüş zamanı Ford ona bunları deyir: “Həmin yerdə maşından düşürtdüyüm nə birinci, nə də axırıncı adamsınız. Amma onların arasında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. Və elə o gündən bəri mən sizin fəaliyyətinizi yaxından izləyirəm”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ALA GOZ
    bir sey basa dusmedim oxudum axira qeder .ama yende maraqli idi tesekkurler
  2. alara
    • alara
    • 12 Şubat 2016 14:54
    caamatdaki bexte bax sag eli bizlerin basina
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.