"Mümkün Olmayan Gerçəkləşdi”

"Mümkün Olmayan Gerçəkləşdi”
"Mümkün Olmayan Gerçəkləşdi”

Amerika yazıçısı Ernest Vincent Wright-ın (1872 -1939) "Gadsby” romanı dünya ədəbiyyatında yazılması ən çətin olan romanlardan biri sayılır. Müəllif əsəri yazarkən qarşısına "e” hərfi işlətməmək kimi məqsəd qoymuşdu.
Yazıçı sübut etmək istəyirdi ki, hətta belə ciddi maneəni də aşıb ortaya yaxşı əsər qoymaq olar. Wright "e”nin mətnə təsadüfən düşməməsı üçün makinasındən həmin hərfi çıxarmışdı. Bundan sonra öz söz ehtiyatını sınağa çəkərək romanı yazmağa başlamışdı.
Sevgi romanı yazsa da, "bride" (gəlin), "wedding" (toy) kimi kəlmələri də işlətmir. O, toyu "a church ritual" (kilsədəki təntənəli mərasim) kimi təsvir edir.
Yazıçı "e”siz kitab yazacağını elan edəndə buna "mümkün olan iş deyil” deyə reaksiya verənlər də olmuşdu. Wright kitabın ön sözündə "mümkün olmayan gerçəkləşdi” yazır.
Amma o, kitabın uğuruna sevinə bilmir, çünki elə kitab çıxan il vəfat edir. Fb Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ALA GOZ
    maladesssssss
  2. allah bendesi
    boyuk başari..onu bacarmaq cox cetin..heyif o qeder eziyyet cekmiş mumkun olmuyani etmiş ama başarisinin neşrini gormek qismet olmamiş...teşekkur maraqli meqaledir ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.