İki Sətirlik bir Teleqrafın Yaratdığı Elm Adamı

İki Sətirlik bir Teleqrafın Yaratdığı Elm Adamı
İki Sətirlik bir Teleqrafın Yaratdığı Elm Adamı

"İstanbul Universitetində tələbə olduğum bir zamanda universitet divarında bir elan gördüm.
"Avropaya tələbə göndəriləcək".
Ölkənin hər yeri viranə, Lozanna sazişi yeni imzalanıb, belə bir vəziyyətdə Avropaya tələbə? Lüks bir şey...
Mən şansımı yoxlamaq istədim. 150 nəfərin içərisindən 11 nəfər seçildi, məni də seçdilər, adımın qarşısına Mustafa Kamal, "Berlin Universitetinə getsin" sözlərini yazmışdı.
...Vaxt gəldi çatdı. "Sirkeci" avtovağzalındayam, fikirlərim isə çox qarışıqdır. Gedimmi, qalımmı? Mənim üçün pul göndərərlərmi? Məni orda unudarlarmı? Tam getməməyə qərar verdiyim zaman, bir poçtalyon adımı çağırdı.
"Mahmud Sadi, Mahmud Sadi, bir teleqrafın var."
Teleqrafı açdım, bu sözlər yazılmışdı:
"Sizi bir qığılcım olaraq göndərirəm, alovlar olaraq geri dönməlisiniz"
İmza: Mustafa Kamal
Oxuduqdan sonra az öncə düşündüklərimə görə çox utandım. "İndi bu sözlərdən sonra gəl də getmə, get də çalışma, geri dön də ölkən üçün canını vermə" deyə düşündüm.
Düşünün, 1923-cü ildə o qədər problemlərin içində 11 tələbənin, nə zaman, harada, nə hiss etdiyini təxmin edə bilən və ona uyğun da məktub göndərən bir liderin rəhbərliyindəki ölkə üçün can verilməzmi?
...İllər keçdi. Çox müvəffəqiyyət qazandım. Ölkəmə alov olaraq geri döndüm. Fiziologiya İnstitutunu qurdum. Addı-addım vəzifəmdə yüksəldim. Daha sonra ölkəmin baş naziri oldum.
Mən kiməm?
Mən sadəcə iki sətirlik bir teleqrafın yaratdığı elm adamıyam...
Sadi İrmak (1904-1990) Türkiyənin 17-ci baş naziri, fiziologiya professoru
Fb İsmayıllı Kitab Klubu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Şoneli
    Maraqliydi heqiqeten de sozun boyuk qudreti var 1 cumle insan heyatini deyishmeye qadirdi
  2. allah bendesi
    cox olar bunu tesadufen oxumuşdum..teşekkur edirem ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.