Allaha inanmayan professora tələbənin tutarlı cavabı - MARAQLI

02 Ekim 2014
2 004
0
Allaha inanmayan professora tələbənin tutarlı cavabı - MARAQLI
Allaha inanmayan professora tələbənin tutarlı cavabı - MARAQLI


Professor auditoriyada tələbələrə sualla müraciət edir:


- Kim cavab verə bilər, dünyada mövcud olan hər şeyi Allah yaradıb?

Tələbələrdən biri cəsarətlə cavab verir:


- Əlbəttə professor.

- Yəni belə düşünürsünüz ki, həyatda hər bir şeyi yaradan Allahdır?

- Bəli professor.

- Siz düşündüyünüz kimi hər şeyi Allah yaradıbsa, onda şəri də Allah yaradıb. Əməllərimizdə, həyatımızda olan şərləri yaradan da Allahdır. Belə çıxır ki, Allah özü şərdir. Mən yəqin ki, fikirlərimdə yanılmıram?


Professorun belə qətiyyətli və israrlı cavabı tələbəni məyus etməklə yanaşı, həm də çaşdırır. Auditoriyanı inandırmağa çalışan professor fikirlərini davam etdirmək istəyəndə başqa bir tələbə əl qaldırıb sual verir:


- Professor mənim sizə bir sualım var. Soyuq mövcuddur?

Sualdan təəcüblənən müəllim suala sualla cavab verir:


- Sizə heç vaxt soyuq olmayıb, siz heç vaxt soyuğun təsirini hiss etməmisiniz?

- Professor mən soyuğun təsirini hiss etmişəm. Ancaq əslində, soyuq yoxdur. Fizika qanunlarına əsaslansaq soyuq, istinin olmaması deməkdir. İcazə verin bir sual da verim. Bəs qaranlıq necə, var?

- Bu nə suallardır? Əlbəttə var.

- Professor, siz yenə də yanılırsınız. Qaranlıq yoxdur. Əslində, qaranlıq işığın olmadığı, işığın sıfıra bərabər olduğu haldır.

Professor bu sual-cavabdan hiddətlənərək tələbədən soruşur:


- Axı siz bu suallarla nə demək istəyirsiniz?

- Professor xahiş edirəm üçüncü sualıma da cavab verəsiniz. Şər var?

- Mən bu haqda dərsin əvvəlində demişdim. Biz hər gün şərlə, pis əməllərlə rastlaşırıq.

- Siz yenə də səhv edirsiniz. Elə şər də soyuq və qaranlıq kimidir. İşığın olmamasına qaranlıq deyirik, istiliyin olmamasını soyuq adlandırırıq, ürəyində Allah sevgisi olmayanların adı isə şərdir, sər adamlardır. Bəli, Allahını unudub pis əməllərlə məşğul olan adamlar. Deməli, qaranlıq işığı, soyuq istini təsdiq etdiyi kimi, şər də Allahın olduğunu sübut edir və bununla da isbat olunur ki, şəri Allah yaratmayıb.

Müəllim tələbənin bu məntiqinə qarşı cavab verə bilmir.

Professoru susduran və məyus edən bu tələbənin adı isə gələcəyin dahi alimi Albert Eynşteyn idi.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.