Diktatorların inanılmaz yemək menyuları – Foto

Diktatorların inanılmaz yemək menyuları – Foto
Diktatorların inanılmaz yemək menyuları – Foto

Kobra qızartması, it ətindən şorba, bunlar 20-ci əsrin tarixinə adlarını həkk etdirmiş diktatorların sevdikləri yeməklərdən bəziləridir. Viktoriya Klark və Melissa Skotun “Diktatorların axşam yeməkləri” kitabında liderlərin sevdikləri yeməklər və xəstəlikləri ilə bağlı maraqlı faktlar yer alır.

FeaT.Az axar.az-a istinadən kitabdan maraqlı faktları təqdim edir:

Kim Çen İr - 1994-2011-ci illərdə Cənubi Koreyada hakimiyyətdə olmuş Kim Çen İr köpəkbalığının üzgəcindən, it ətindən və donuz piyindən hazırlanmış şorbanı xoşlayırdı. Diktator düşünürdü ki, it ətindən hazırlanmış şorba onu ölümsüz edir və kişiliyini gücləndirir. Kim Çen İr Fransanın “Hennesi” firmasının hazırladığı konyaklardan içməyə üstünlük verirdi.

Adolf Hitler – Hitler vegetariyan olub və ömrünün sonuna qədər təkcə kartof və bulyon yeyib. Bəzilərinə görə, onun vegetariyan olması ideoloji motivlərdən irəli gəlirdi, lakin bəziləri də iddia edir ki, Hitler xroniki qəbizlikdən və mədə şişkinliyindən əziyyət çəkib, bunun üçün ətdən imtina edib. Bundan əlavə, Hitlerin 15 nəfərdən ibarət deqüstator qrupu olub. Deqüstatorlar yeməyi daddıqdan 45 dəqiqə sonra ölmürdülərsə, Hitler yeməyə başlayırdı.

İosif Stalin - SSRİ lideri doğma gürcü mətbəxini çox sevir, qoz, sarımsaq, gavalı, nar və şəraba üstünlük verirdi. O, içməkdən də yorulmurdu.

Benito Mussolini - italiyalı diktator isə sarımsaqlı, zeytun yağlı və limonlu salata üstünlük verirdi. O, Fransa mətbəxini bəyənmirdi. Mussolini yemək zamanı bütün ailə üzvlərinin masa arxasında olmasını tələb edirdi.

İdi Amin - Uqandanın keçmiş diktatoru qızardılmış oğlağı və darçınlı çörəyi sevirdi. Həmçinin hər gün 40 portağal yeyirdi və bunu təbii viaqra adlandırırdı. O, sürgünə getdiyi Səudiyyə Ərəbistanında KFC-nin yeməklərinə və pizzaya dadanmışdı.

Pol Pot - Kamboca diktatoru Pol Pot isə maral ətini, çöl donuzunu, ilanı, təzə meyvəni, Çin şərabını və konyakı xoşlayırdı. Həmçinin kobranın qızartmasını da bəyənirdi.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.