Vanqadan tövsiyələr - Necə varlana bilərsiz?

30 Ekim 2021
2 524
0
Vanqadan tövsiyələr - Necə varlana bilərsiz?
Əgər uğur və firavanlıq istəyirsinizsə, onda səhər çarpayıdan qalxanda əvvəlcə sağ ayağı, sonra isə solu geyinin. İnandırıcı səslənmir, lakin Vanqa Nənə iddia edir ki, özünə uğur və var-dövlət cəlb etməyin ilkin şərti budur.
Feat.Az Rusiya mətbuatına istinadən bildirir ki, Vanqa Nənənin uğur gətirən rituallarını təqdim edirik:
Əgər firavanlıq istəyirsinizsə, onda səhər çarpayıdan qalxanda əvvəlcə sağ ayağı, sonra isə solu geyinin. Və heç vaxt ayaqqabının ikinci tayını axtarmayın, əgər birinci artıq ayağınızdadırsa. Əvvəlcə hər iki tayı tapın, daha sonra geyinin;
Evə uğur gətirmək istəyirsinizsə, onda başqa dövlətlərin pullarını (yalnız gümüşü rəngləri) talisman kimi yığıb saxlayın;
Həyatınızda xoşbəxtlik zolağının başlamasını istəyirsinizsə, onda Yeni ayın çıxmasını gözləyin və evdə mebelin yerini dəyişdirin. Uğur sizi çox gözləməyə məcbur etməyəcək;
Öz xoşbəxtliyinizi itirmək istəmirsinizsə, onda heç vaxt masanın üstündə çörək qırıntılarını saxlamayın. Hətta qurumuş, xarab olmuş çörək tikələrini də atmaq olmaz, əks halda evdən bolluq gedəcək. Ən yaxşısı onları balkona qonan quşlar üçün bir kənara səpin və ya toyuq-cücə saxlayan adamlara verin;
Əgər uğur sizdən üz döndəribsə, evin bütün pəncərə altlıqlarına duz səpin. Uğur və şans gələnə qədər duz orada qalmalıdır. Sonra səpdiyiniz bütün duzu səliqə ilə toplayıb bir qaba tökün. Bundan başqa, duza əliniz dəyməməli və onu evdən maksimum uzağa aparıb torpağa basdırmaq lazımdır;
Əgər kiməsə öz uğurlarınızdan danışmısınızsa, onda taxtaya 3 dəfə döyün və üç dəfə sol çiyninizin üstündən tüpürün ki, göz dəyməsin;
Əgər sağ ayağınız harasa ilişibsə, bu xoşagəlməz hadisədən xəbər verir. Onlardan qaçmaq üçün sağ ayağınız ilə torpağa üç dəfə vurmaq və bunları demək lazımdır: "Yerə get, bəla, məndən uzaqlaş!" Əgər sol ayağınız harasa ilişibsə, onda bu, uğur və xoşbəxtlik vəd edir;
Əgər bütün ili əlinizə külli miqdarda pul keçməsini arzulayırsınızsa, bu halda yeni il gecəsində böyük məbləğli əsginaslar sayın;
Əgər pul sarıdan bəxt üzünü sizdən çeviribsə, xalçanın altına bir az mamır və yosun qoyun. Onda pul gəlməyə başlayacaq;
Pul saymaq, habelə borc vermək və almaq yalnız səhər (günortaya qədər) olar. Əgər bunu axşam etsəniz, onda sizdə pul tapılmayacaq;
Əgər kiməsə pul kisəsi hədiyyə edirsinizsə, ona oraya mütləq pul qoyun. Sizin hədiyyəniz yalnız bu halda qarşı tərəfə xeyir gətirəcək və portmanatında həmişə pul olacaq. Eyni zamanda sizin də rifah və maddi durumunuz yaxşılaşacaq. Bu qayda çamadan və çanta hədiyyə edənlərə də aid edilir. Əgər başqasının qabını, tavasını, qazanını, vazasını istifadə etmisinizsə, boş qaytarmayın, təşəkkür əlaməti olaraq içinə mütləq nə isə qoyun. Bu, sizə də ruzi-bərəkət gətirəcək;
Günəş qürubundan sonra əldən-ələ pul vermək olmaz, yoxsa kasıblaya bilərsiniz. Pulu süfrəyə qoymaq lazımdır, ya da daha yaxşısı, onları siz yerə atın qarşı tərəf götürsün;
Özünüzə var-dövlət cəlb etmək istəyirsinizsə, göydə təzə ayın görünməsindən sonra meydana, küçəyə çıxın, portmanat və ya cibinizdən pul çıxarıb onu aya göstərin;
Evdə xəmirin gəlməsini gözləyəndə və ya piroq bişəndə heç bir halda mübahisə etmək, söyüş söymək, hətta pis düşünmək olmaz. Yoxsa piroq köpməyəcək, evdə tez-tez xoşagəlməz hadisələr baş verəcək;
Əgər yoxsulluqdan qurtulmaq istəyirsinizsə, onda pul kisəsində yaşıl kvars daşları saxlayın;
Əlinizə çoxlu pul gəlməsini arzu edirsinizsə, pul kisəsində daim firuzə daşı gəzdirin. Yalnız onu zaman-zaman əllə qızdırmaq lazımdır;
Qəhvəyi və sarı kvars daşı ilə işlənmiş, qızıl və ya gümüş üzük var-dövlət cəlb edir;
Topaz və ya əqiq qaşlı istənilən zinət əşyalarını daim taxmaqla da var-dövlət cəlb etmək olar;
Heç vaxt süfrəyə papaq və ya açar qoymayın, eləcə də yemək yediyiniz masanın üstündə oturmayın. Bu, yoxsulluq gətirir;
Əgər sizin evdə güzgü sınıbsa, arzuolunmaz hadisələrdən qaçmaq üçün sınıqları su ilə yuyun, sonra isə onları torpaqda basdırın. Əgər güzgü asılmış otaqda uzun müddətdir sağala bilməyən xəstə varsa və ya o otaqda tez-tez mübahisələr olursa, onda güzgünü müqəddəs su ilə silmək lazımdır;
Əgər yoxsulluq, ehtiyac və aclıq içində yaşamaq istəmirsinizsə, bıçağı heç vaxt çörəyə sancılmış halda qoymayın;
Duz və çörək alandan sonra mağazada sizə qaytarılan xırda pulları heç bir halda dilənçilərə verməyin. Əks halda özünüz kasıblayacaqsınız. Həmçinin pul kisəsində qalan son pullarınızı da heç kimə verməyin;
Təzə pul kisəsi alanda oraya bir müddətlik bahalı qızıl bəzək əşyası qoyun. Bu da sizə böyük pullar gətirəcək;
Əgər həmişə pulunuzun olmasını istəyirsinizsə, onda heç vaxt özünüzü nəyəsə ehtiyacı olan biri kimi aparmayın, pulları heç vaxt bir neçə dəfə qatlamayın və bankda olan pullarınızı xərcləmək fikrinə düşməyənə qədər onları heç vaxt saymayın;
Pul kisəsinin bir cibinə bir nanə yarpağı və kiçik darçın çubuğu qoyun. Bu ritual da pul gətirir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.