Jet Li’dən Hər Kəsə Təsir Edə Biləcək 5 Həyat Dərsi

29 Ocak 2017
1 798
0
Jet Li’dən Hər Kəsə Təsir Edə Biləcək 5 Həyat Dərsi
Jet Li hər kəsin tanıdığı döyüş sənətləri ustası, aktyor, Uşu çempionu və Beynəlxalq film ulduzudur. “Bir dəfə Çində” filmində həqiqi xalq qəhrəmanı və ən böyük Kunq Fu ustası “Vong Fei Hanq”-ın rolunu oynamaqla məhşurlaşan aktyorun həyat dərsi sayılacaq 5 fikrini sizə təqdim edirik.

1. Qəbul etmək ən yaxşı müdafiədir.
“Ətrafında olan düşmənləri öz eqonu doydurmaq üçün etdiyin cəhdlərlə böyüdürsən. Məsələn, mən xüsusi deyiləm, sadəcə həyatımın böyük hissəsini döyüş sənətlərini öyrənməyə sərf etmişəm və indi də bacarıqlarımı sərgiləyirəm. Dünyada bunun eynisini etməyi bacaracaq olduqca çox insan var.”

2. Harmoniya gücdən vacibdir.

“Mən döyüş sənətlərinin insanlara ancaq necə əzab verdiyini göstərdiyimə görə çox kədərlənirəm. Ən vacib şeyin döyüş olmadığını göstərmək imkanı əlimə düşmədi. Bu isə in və yan harmoniyasını, ağ ilə qara arasındakı balansın dərk edilməsiydi. Ancaq harmoniyanı dərk edərək böyük adam olacaqsan.”

3. Xoşbəxtlik hər zaman səninlədir.

“Xoşbəxtliyin ardıyca uzağa getmək lazım deyil, o buradadır – sakit, tənha otaqda. Sənin bütün problemlərin qəlbində cəmləşib, ona görə də özünü öyrənməlisən. Əslində kim olduğunu başa düşməlisən. Əgər sən öz daxili aləmini başa düşmüsənsə, daha qorxmalı olmayacaqsan.”

4. Başqalarının sənin haqqında olan fikirləri fon musiqisidir.

“Başqalarının sənin haqqında dəyərləndirmələrinə radiodan gələn hər hansı bir mahnı kimi bax: “Sən əlasan!” -la, la, la.. “Sən axmaqsan!” -la, la, la.. Əgər başqalarının sənin haqqında fikirləri səni özün haqqındakı öz fikirlərdən çox narahat edirsə, deməli problemin var.”

5. Ölüm sənə həyat bəxş edir.
“Mən ölməyə hazıram. Əgər insan dərk edirsə ki, bu gün və ya sabah da ölə bilər, o, hər anı dəyərləndirməyə başlayır. Həyatının hər dəqiqəsinin qeydinə qalmağa başlayır ki, birdən sabah ölsə, son əməllərinə görə utanc hissi keçirməsin.”
pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.