Göbək yağlarını əridən 2 dəqiqəlik ASAN MƏŞQ
Feat.Az bildirir ki, göbək bölgəsindəki yağlardan xilas olmaq üçün gündə 2 dəfə bu 2 dəqiqəlik masajı edin. Göbəyin daxilinə təsir edən bu məşq detoks təsiri yaradır və göbəkdəki yağları əridir. Təbii ki, təkcə məşq kifayət deyil. Qidalanmanıza da diqqət yetirməyi unutmayın.
2 dəqiqəlik göbək əritmə masajı necə edilir?
1. Düz yerdə arxa üstə uzanın.
2. Əllərinizi isinənə qədər bir-birinə sürtün.
3. Əlinizin birini düz formada göbək dəliyinizin üzərinə qoyun.
4. Kiçik, yumru, saat istiqamətində hərəkətlərlə göbək dəliyinizdən ətrafına doğru masaj edin. Dairələri getdikcə böyüdün. Hər dairə 1-2 saniyənizi almalıdır.
5. Qarın bölgənizdə meydana gəlməyə başlayan istiliyə fokuslanın.
6. İki dəqiqə bu masajı etməyə davam edin.
Bu məşqi səhər yeməyindən və gecə yatmazdan əvvəl tətbiq edin. 2 dəqiqəlik masaj texnikası yalnız göbəkdəki yağları əritmir, eyni zamanda həzmi sürətləndirir, maddələr mübadiləsi və qan dövranını artırır.
Aşağıdakı hallarda bu məşqi etməyin!
- Yemək yedikdən dərhal sonra
- Sidik kisəsi, böyrək və ya öd kisəsi daşı varsa
- Yüksək təzyiqiniz varsa
- Hamilə olduqda
- Qasıq yırtığınız varsa
- Bağırsağınızda və ya mədənizdə yara varsa
- Uşaqlıq, sidik kisəsi, yumurtalıq və ya qadınlıq orqanlarında iltihab varsa
Lent.az