Elon Muskın inanılmaz ideyaları

24 Nisan 2017
1 288
0
Elon Muskın inanılmaz ideyaları
Virtual pul vahidi

Elon Muskın inanılmaz ideyaları

Çox insan Elon Muskı Teslanın CEO-su kimi tanısa da Musk onlayn ödəmə sistemi PayPalın həmtəsisçisidir. Paypal 1999-cu ildə X.com adlı maliyyə xidmətləri göstərən şirkət kimi fəaliyyətə başlamışdı. 2000-ci ildə Confinity ilə birləşdi və inkişaf etdi. 2002-ci ildə Ebay Paypalı aldıqdan sonra Musk yeni layihələr yaratmaq üçün ciddi maddiyat əldə etdi.

Kosmosa səyahət


Elon Muskın inanılmaz ideyaları

Musk Paypalı 1.5 milyard dollara satdıqdan sonra SpaceX şirkıtini yaratdı. Qurulan şirkət başlanğıcda çox da ciddi qəbul edilmədi. Şirkətin qurulmasından 10 il sonra Dragon adlı kapsul Beynəlxalq Kosmos stansiyasına göndərildi.

Tesla Motors

Elon Muskın inanılmaz ideyaları

Teslanın bazar dəyəri bu il Ford kimi nəhəng avtomobil şirkətini belə geridə qoydu. Ancaq Teslanın elektrikli avtomobilləri hələ də bəzi ciddi problemlər yaşayır. Avtomobili enerji ilə təmin etmək uzun zaman alır və hər insanın əldə edə biləcəyi qiymətdə deyil. Ancaq yeni model Tesla avtomobillərinin bu problemi aradan qaldıracağı gözlənilir. Tesla Model 3 bu il istehsala başlayacaq və qiyməti 35 min dollar olacaq.

Powerwall

Elon Muskın inanılmaz ideyaları

ABŞ-ın ən böyük yenilənə bilən enerji sistemi SolarCity yaşayış və iş binaları üçün təmiz enerji sistemləri yaradır.

Tesla Powerwall isə təmiz enerji şirkəti SolarCitynin bir parçasıdır. Elon Musk SolarCitynin ən böyük səhmdarı və idarə heyəti sədridir. 2006-cı ildə qurulan bu şirkətin əsas məqsədi hər kəsi təmiz enerji ilə təmin etməkdir.

Hyperloop

Elon Muskın inanılmaz ideyaları

ABŞ-ın əhalisi ən çox olan bölgələrindən olan Cənubi Kaliforniyada uzun müddətdirki tıxac problemləri var. Bölgədə yaşayan insanların sayı artdıqca yollarda hər gün tıxac daha da ciddi vəziyyət alır.

Dövlət rəsmiləri buna çarə kimi Los Angelesdən San Fransiskoya qədər yola 70 milyard dollarlıq yüksək sürətli qatar yolu inşaat etməyi təklif etdilər. Mask Hyperloop adlı sistemin cəmi 6 milyard dollara başa gələ biləcəyini və məsafəni 30 dəqiqəyə qət etməyin mümkün olacağını iddia etdi.

Hyerloop sanki gələcəkdən gələn qəribə tunellərə bənzəyir. Tunel sayəsində sərnişinlər uzun bir balonun içində və bərpa edilən enerji ilə hərəkət edəcəklər. Əgər bu layihə həyata keçərsə nəqliyyatda yeni bir dövr yarada bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.