Bill Qeytsin 11 “Qızıl Qayda“sı

09 Kasım 2014
1 911
0
Bill Qeytsin 11 “Qızıl Qayda“sı
Bill Qeytsin 11 “Qızıl Qayda“sı



“Microsoft” şirkətinin yaradıcısı, məşhur milyarder Bill Qeyts məktəbdə tədris olunmayan 11 fakt haqqında söhbət açıb. Milyarderin əsas ideyası ondan ibarət idi ki, uşaqların siyasi nəzakət mühitində tərbiyə olunması onları reallıqdan ayırıb və gələcəkdə sərt dünyada yaşaya bilməyən nəsil formalaşdırıb.

1. Həyat ədalətsizdir – buna ədət edin.

2. Özünüqiymətləndirmə cəmiyyəti tamamilə narahat etmir. Hər şeydən əvvəl, sizdən nailiyyət gözlənilir.

3. Siz məktəbi bitirən kimi ildə 60,000 ABŞ dolları qazanmayacaqsınız. Siz pul qazanacağınız vaxta qədər şəxsi sürücü olan vitse-prezident olmayacaqsınız.

4. Əgər siz müəllimin sizinlə həddindən artıq sərt rəftar etdiyini fikirləşirsinizsə, bu, hələ işin başlanğıcıdı. Sizin rəhbəriniz olacağı vaxtı gözləyin.

5.Qamburqer qızartmaq – ləyaqətinizi alçaldır? Sizin baba və nənələriniz tamamilə əksini düşünüblər. Onlar üçün qamburqer qızartmaq bu həyatdan yapışmq üçün bir imkan olmuşdur.

6. Əgər sizdə heç bir şey alinmayıbsa, o zaman bu, sizin valideynlərinizin günahı deyil. Ona görə də sızıldamaq lazım deyil, öz səhvlərinizi öyrənin.

7. Valideynlər sizə indi göründüyü kimi darıxdırıcı olmamışlar. Ola bilsin, sizin hər zaman qayğınıza qalmaq onları bu cür etmişdir. Onlar sizi yedizdirir, geyindirir və daim dinləyirlər kiç siz belə gözəlsiniz. Ona görə də öz valideynlərinizin nəslini tənqid etməzdən əvvəl özünüzdən başlayın.

8. Ola bilsin, sizin məktəbdə uğursuz adamı uğursuz adlandırmaq nəzakətsizlik sayılır. Ola bilsin, sizin məktəbdə ümumiyyətlə uğursuz şagirdlər yoxdur – amma həyatda belə deyil.

9. Həyat smestrlərə bölünmür. Sizin yay tətilləriniz olmayacaq və sizin rəhbəriniz özünüzü tapmaqda sizə kömək etməyəcək. Bunu asudə vaxtınızda özünüz etməlisiniz.

10. Televizorda həqiqi həyat göstərilmir. Real həyatda bütün gün kafedə oturmaq və dostlarınızla boşboğazlıq etmək alınmayacaq.

11. “ Botanik“lərlə nəzakətlə davranın. Onlardan biri məktəbi qurtardıqdan sonra sizin rəhbəriniz ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.