Günay İbrahimLiyə qadağa

12 Kasım 2014
2 538
0
Günay İbrahimLiyə qadağa
Günay İbrahimLiyə qadağa

Bundan sonra kliplərində açıq-saçıq kadrlara “yox” deməyə qərar verən Günay İbrahimlidən xəbər var.
Feat.az-ın məlumatına əsasən, son zamanlar gündəmdən düşməyən müğənni hazırda Dubaydadır. O, “Sənə bağlanıram” adlı mahnıya klip çəkdirmək məqsədilə səfərə yollanıb.
Bir müddət öncə “Dəlisiyəm gecənin” adlı mahnısında çimərlik geyimində olan Günay bu dəfə ehtiyatlı davranacağını deyib. O, söyləyib ki, hətta ailəsi onun klipdə açıq geyimlərdə çəkilməyini yasaqlayıb. O, bu haqda “10Lar” verilişinə danışıb:
“Evdəkilər eşidib ki, klip çəkilişim var. Deyirlər ki, nə, klip? Çəkilişindir, biz də gəlirik, açıq-saçıq heç nə olmasın. Vəd vermişəm ki, açıq-saçıq heç nə olmayacaq. Havalar soyuqdur, gödəkcə geyinmək lazımdır”.
Qeyd edək ki, “Dəlisiyəm gecənin” klipindəki görüntülərdən və çəkilən şəkillərdən dolayı Günay İbrahimli ailəsi ilə problem yaşamalı olmuşdu:
“Evdə də çimərlik geyiminə görə problem oldu. Mən də tez çıxıb Avropaya getdim, evdəkilər 15 gün üzümü görmədilər. Sakitləşəndən sonra geri qayıtdım”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.