9 yaşlı modelin anası qəzəbləndi: "Siz pedofilsiz!"

07 Aralık 2014
2 273
0
9 yaşlı modelin anası qəzəbləndi: "Siz pedofilsiz!"
9 yaşlı modelin anası qəzəbləndi: "Siz pedofilsiz!"


“Bu şəkildə seksual nəsə görmək üçün pedofil olmaq lazımdır. Özünüzü həkimə göstərin!”

Populyar rus futbolçusu Ruslan Pimenovun qızı, dünyanın ən gözəl qızcığazı sayılan 9 yaşlı Kristinanın sosial şəbəkələrdəki profillərinin milyonlarla daimi izləyicisi var.

Bu gözəl qızcığaz “Armani”, “Roberto Cavalli”, “Benetton” kimi markaların moda nümayişində iştirak edib. Lakin Kristinanın bəzi fotoları “İnstagram” və “Facebook” izləyiciləri tərəfindən “seksualdı” deyə tənqid edilib. İzləyicilər ananı “qızını seksualizasiya edir”, - deyə ittiham ediblər.

Feat.az`ın Daily mail-ə istinadən xəbərinə görə, izləyicilərdən birinin yazdığı “seksual ayaqlar” şərhi qızn anasını özündən çıxarıb.

39 yaşlı Qlikeriya Pimenova qızının qısa geyimlərdəki “provokativ” fotolarının müdafiəsinə qalxıb: “Mən bu ittihamları qəbul etmirəm. Bu fotolar çox məsumdur. Onu heç vaxt hansısa pozu versin deyə məcbur etməmişəm. Siz pedofil olaraq bu fotolarda seksual nəsə görə bilərsiz, demək həkimə getməyinizin vaxtıdır”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.