Fotoaparatlar haqqında.

24 Ocak 2015
3 852
0
Fotoaparatlar haqqında.
Fotoaparatlar haqqında.


Klassik plyonkalı fotoaparatlar müasir dövrdə də geniş yayılmış fotoaparatlar qrupuna daxildirlər. Bu qəbildən olan fotoaparatların vasitəsi ilə fotoşəkillərin alınma prinsipi ondan ibarətdir ki, çəkilən obyekt obyektiv vasitəsi ilə kiçildilmiş şəkildə onun daxilində yerləşdirilmiş fotoplyonkaya həkk olunur. Fotoplyonkadakı görüntü çox çətin seçilir, yalnız kimyəvi aşınmadan sonra qaydaya düşür. İstifadə olunan plyonkanın tipindən asılı olaraq əldə edilən görüntü qara-ağ və ya rəngli ola bilər. Klassik plyonkalı fotoaparatlar 3 sinfə bölünür: sadə, orta və peşəkar.

Sadə fotoaparatlar həvəskarlar üçün münasibdir. Onlar vasitəsilə çəkilən şəkillər də bu qəbildən olan şəxsləri qane edir. Bu fotoaparatlar maksimal dərəcədə avtomatlaşmışlar. Orta sinifli fotoaparatlar artıq bu sahədə müəyyən təcrübəsi olan fşəxslər üçün münasibdir və daha yüksək istehlak xüsusiyyətlərinə malikdirlər. Peşəkar fotoaparatlar isə professional-fotoqrafların tələblərinə cavab verir. Bunlara hər növ fotoçəkilişləri həyata keçirməyə imkan verən çoxfunksiyalı fotoaparatlar daxildirlər. Onlar güclü işıqlandırıcı obyektivlərə, yüksək dözümlülük diapozonlarına malikdirlər.

Xüsusi plyonkalı fotoaparatlara panoramalı və stereoskopik fotoaparatlar aiddirlər. Panorama plyonkalı fotoaparatlar uzunsov formatlı kadr almağa imkan verirlər (məsələn 24x58 mm). Onlar peyzaj, interyer, arxitektura ansamblları üçün nəzərdə tutulmuşlar. Stereoskopik fotoaparatlar adətən iki obyektivə malik olurlar və iri həcmli görüntülər alınması üçün nəzərdə tutulmuşlar.

APS (Advanced Photo System–təkmilləşdirilmiş fotoqrafiya sistemi) fotoaparatları üzərində çəkiliş şəraiti haqda informasiya, kadrın nömrəsi, diafraqma və dözümlülüyü, günü və saatı yazılan maqnit qatlı eni 24 mm. olan fotoplyonkalara çəkmək üçün nəzərdə tutulur. Bu fotoplyonkanın hər bir kadrının laboratoriya işlənməsi onların keyfiyyətini yaxşılaşdırmağa imkan verir. APS fotoaparatlarında fotoplyonkaya enerji yükləməsi prosesini tam olaraq avtomatlaşdıran və işlənmədən sonra onun saxlanmasını sadələşdirən xüsusi kompakt kassetlər tətbiq edilir.

Polaroid fotoaparatları quruluşuna görə plyonkalı fotoaparatlardan xeyli fərqlənirlər. Onlar çəkilişdən təqribən 2-3 dəqiqə sonra şəkli laborator işlənmə olmadan xüsusi çoxqatlı materialda rəngli halda çıxırmağa imkan verir. Polaroid fotoaparatları üçün böyüklük və kiçik həcmli şəkil görüntüsü xarakterikdir.


Rəqəmsal fotoaparatlarda işıq görüntüsü işıq hissiyyatlı elementlərin təsiri ilə elektrik impulslarının əmələ gəlməsi nəticəsində baş verir. Rəqəmsal fotoaparatlarda çəkilişlərin saxlanması üçün iki müxtəlif tipli yadda saxlama qurğusundan istifadə edilir: daimi və dəyişdirmə yaddaşından (fləş kartlar və mini disklər). Daimi yaddaşlı modellərdə yaddaş qurğusu fotoaparata yerləşdirilir. Dəyişdirmə yaddaşı isə yaddaşın ümumi həcminin artırılmasına xidmət edir, çünki rəqəmsal fotoaparatların öz yaddaş həcmləri adətən o qədər də böyük olmur. Rəqəmsal fotoaparatlar üçün istifadə sadəliyi, hadisələri işıqlandırma operativliyi, şəklin çıxarılmasının nisbətən ucuz olması, ekspozisiyanın düzgünlüyü xarakterikdir. Məhz bu əlamətlərinə görə onlar fotoqraf-reportyorların daha çox marağına səbəb olurlar.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.