5G gəlir

01 Mart 2015
1 134
0
5G gəlir
5G gəlir


Hazırda beşinci nəsil rabitə standartının hazırlanması üzərində proses gedir. Proqnoza görə, ilk 5G rabitə şəbəkələri 2020-ci ildə kommersiya istismarına veriləcək. Ancaq Ericsson şirkəti artıq indi 5G standartının əsas funksionalını nümayiş etdirir. Milli.Az ICTnews-a istinadən bildirir ki, Barselonada keçiriləcək Ümumdünya Mobil Konqresində Ericsson şirkəti 5G-LTE Dual Connectivity və 5G Multipoint Connectivity texnologiyasını təqdim edəcək. Ericsson şirkəti 5G standartını mövcud və yeni texnologiyaların təkamül inkişafı kimi görür. Müxtəlif tezlik diapazonları və texnologiya standartlarının eyni zamanda istifadəsinin dəstəyi milyardlarla qurğu və əşyanın qoşulmasının təmini, özəl və korporativ istifadəçilərə xidmət göstərilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Ericsson-un sınaq meydançasına 5G dəstəkli qurğular və 15 GHz tezlikdə işləyən 5G baza stansiyaları daxildir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.