Telefonunuz oğurlanarkən nə etməlisiniz?

05 Mart 2015
1 532
0
 Telefonunuz oğurlanarkən nə etməlisiniz?
 Telefonunuz oğurlanarkən nə etməlisiniz?

Son günlər mobil telefon oğurluğu barədə yenə xəbərlər gəlməkdədir. Amma nə qədər qəribə olsa da, hələ də vətəndaşlarımızı telefonları oğurlanarkən və ya itərkən nə etmək lazım olduğunu bilmirlər. Bu yöndə nə etmək lazım olduğunu oxucularımıza təqdim edirik.



MCQS MƏRKƏZİNƏ ZƏNG VURUN

Mobil telefonları oğurlanan şəxslərin ilk edəcəkləri şey mobil telefonlarını bağlatdırmaq üçün Mobil Cihazların Qeydiyyat Sisteminin 1677 telefonuna zəng vurmalıdır. Mərkəzə IMEI nömrənizi, şəxsiyyət məlumatlarınızı və telefonunuzu ən son istifadə etdiyiniz vaxtı bildirirsiniz və məlumat təsdiq olunarsa, telefonunuz qara siyahıya alınır. Beləliklə, bağlatdırılan cihazın bir başqasına məxsus SİM kart taxılaraq istifadə olunması əngəllənir. MCQS Mərkəzinə xəbər verilən telefonlara bağlanmazdan əvvəl cihazın oğurlanmış olduğu və cihazın ən yaxın polis idarəsinə təhvil verilməsi istiqamətində hüquqi xəbərdarlıq SMS-i göndərilir.



BU TELEFON OĞURLANMIŞDIR MESAJI

Xəbərdarlığın edilməsi vəziyyətində GSM şirkəti tərəfindən "Qadağa Xəbərdarlığı: Bu IMEI nömrəli aparat oğurlanmışdır, ən yaxın məntəqəyə təslim edin" şəklində mesaj göndərilir. Bildirişi olduqdan sonra cihaza aid IMEI nömrəsi "http://imei.az/imei/" ünvanından sorğu-sual olunanda "oğurlanmış bildirişi edilmiş cihaz" kimi görünür.



IMEI NÖMRƏNİZİ BİR YERƏ QEYD EDİN

Bu bildirişi sürətli şəkildə edə bilmək üçün telefonunuzun IMEI nömrəsini bilməyimiz lazımdır. Buna görə də, istifadə etdiyimiz telefona aid IMEI məlumatını ehtiyac olduqda dərhal baxmaq üçün bir yerə qeyd etməyiniz tövsiyə olunur.



GSM OPERATORUNUZA ZƏNG VURUN

Cihazın üzərindəki SİM kartınızın istifadə edilməsini əngəlləmək üçün isə GSM operatorunuza zəng vuraraq, xəttinizi bağlatdırmanız lazımdır.



POLİSƏ ŞİKAYƏT EDİN

Oğurluq və soyğun kimi hallarla rastlaşsanız, hadisənin baş verdiyi rayonun polis idarəsinə və ya hadisənin baş verdiyi rayonun polis öşbəsinə müraciət edin. Bu, cinayətkarların təqib olunması baxımından əhəmiyyətlidir.



TELEFONU TAPARKƏN NƏ ETMƏK LAZIMDIR?

Cihazı yenidən əldə etdikdə onu hansı yolla bağlatdırdınızsa, eyni yolla yenidən açdırmaq lazımdır. Yəni telefon ilə MCQS şöbəsinə gedib, cihazınızı yenidən "ağ siyahıya" saldırmalısınız.



İŞLƏNMİŞ TELEFON ALARKƏN DİQQƏT EDİN!


İşlənmiş telefon alarkən oğurlanmış bir cihazın sizə satılmaması və əgər satıldısa, cinayətkar siyahısına düşməmək üçün satıcıdan şəxsiyyət vəsiqəsinin nömrəsini və əlaqə vasitələrini almalısınız. Daha sonra isə satın aldığınız cihazın IMEI nömrəsini "http://imei.az/imei/" ünvanından sorğu edin və aldadılmadığınıza əmin olun



Sonda bir vacib məsələni də diqqətinizə çatdıraaq. Əgər siz Azərbaycanda hər hansı bir mobil cihaz satış məntəqələrində telefon və ya İMEİ kodu olan cihaz alırsınızsa, bütün mobil telefonların və digər cihazların İMEİ nömrələrinin bazaya qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir. Alıcılara mobil cihaz alan zaman İMEİ nömrəsinin bazada qeydiyyatda olmasını yuxarıda qeyd etdiyimiz saytına daxil olmaqla, İMEİ nömrəsini 1677-yə SMS göndərməklə və ya"1677” çağrı mərkəzinə zəng etməklə yoxlamaları tövsiyyə olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.