Şüşədən ibarət 40 meqapiksel kameralı iPhone X - Foto

17 Mart 2015
2 326
0
Şüşədən ibarət 40 meqapiksel kameralı iPhone X - Foto

Tam olaraq şüşədən ibarət 40 meqapiksel kameralı iPhone X təqdim edilib.
Bir neçə il bundan əvvəl Apple-nin iPhone üçün tam olaraq şüşədən hazırlanan yeni növ korpus hazırlığı aparması barədə məlumat verilib. Kupertinodan olan dizaynerlərin fikrincə elektron devays üçün oxşar örtük daha rahat və estetik baxımdan cəlbedicidir. SET studiyasından olan dizaynerlər şəffaf Apple-smartfon mövzusunda fantaziya qurmaq və iPhone X konsepti təqdim etmək qərarına gəliblər.

Şüşədən ibarət 40 meqapiksel kameralı iPhone X - Foto


SalamNews-un "macdigger.ru"ya istinadla verdiyi xəbərə görə, silsilə videoçarxlarda korpusu tam olaraq şüşədən ibarət portativ Apple qurğusu nümayiş etdirilir. Cəmi üç millimetr qalınlığa malik korpus möhkəm şüşə paneldən hazırlanıb və beş duym diaqonallı displeyə malikdir. Bununla belə qurğunun özü tam olaraq hermetikdir.

iPhone X beş rəng çalarında təqdim olunub: yaşıl, qırmızı, mavi, sarı və bənövşəyi. Dizaynerlər qurğuda saniyədə 240 kadr tezlikli 4K videoyazı dəstəkli 40 meqapikselli kamera yerləşdiriblər. Videonun şüarı- “Gələcək bu gün başlayır”.

Şüşədən ibarət 40 meqapiksel kameralı iPhone X - Foto

Bununla belə tam olaraq şüşə örtüklü iPhone bir sıra çatışmamazlıqlara malik ola bilər. Məsələn, bu materialın kifayət qədər bərk olmasına baxmayaraq o, düşən zaman zədələnə bilər. Bundan başqa, telefonda çoxlu sayda sensor yerləşir, onlardan bir hissəsi şəffaf şüşə korpusun daxilində pis işləyə bilər.

Bununla belə SET Solution-da əmindirlər ki, oxşar növlü qərardan gələcək iPhone-lərdən birində istifadə ediləcək. Söyləmək lazımdır ki, iPhone 4 və iPhone 4s bu konsepsiyadan heç də uzaq deyillər- onların korpusları iki şüşə panel və dəmir çərçivədən ibarətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.