WhatsApp-da dəyişiliklər edildi

10 Eylül 2014
1 983
0
WhatsApp-da dəyişiliklər edildi
WhatsApp-da dəyişiliklər edildi


Dünyanın ən populyar messencer proqramı WhatsApp dünən dəyişib və 2.11.9 versiyasına qədər yüksəlib.

Dəyişikliklər ciddi olmasa da, az deyil.

Dəyişikliklər arasında ən mühümləri çat və qrupların arxivlərinin yaradılması, foto və videolara "imza" qoyulması, fotoların elə çat "pəncərəsi" açıq olarkən kamera ilə çəkilərək yollanması, iPhone 5S telefonlarından ləng çəkiliş effektli videoçarxların göndərilməsi, videonun göndərilməzdən əvvəl kəsilməsi, smartfon sahibinin harada olduğunu göstərən koordinatların göndərilməsi zamanı peyk və hibrid istifadə olunması imkanlarının peyda olmasıdır.

Eyni zamanda, WhatsApp-da yeni "divar kağız"ları və xəbərdarlıq səsləri də var.

Messencerin texniki dəstək servisinə müraciət ünvanlayanda bu gündən etibarən skrinşotlardan istifadə etmək mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.