Twitter Haqqında Maraqlı Faktlar 2016

10 Mart 2016
2 001
1
Twitter Haqqında Maraqlı Faktlar 2016
Twitter Haqqında Maraqlı Faktlar 2016

FeaT.Az dünyanın ən çox istifadə olunan sosial şəbkələrindən biri olan "Twitter" haqqında maraqlı məlumatları sizlərə təqdim edir.

1. 2016-cı il Yanvar ayında olan ən son məlumata görə 332 milyon Aktiv istifadəçisi var.

2. "Twitter"də dərc edilmiş istinadlar üzrə maksimal klik sayı əldə etmək üçün ən yaxşı vaxt Nyu-York vaxtı üzrə saat 13:00-dan 15:00-dək olan müddət sayılır.

3. "Twitter"in loqosunu xidmətin həmtəsisçisi, qrafik dizayner Biz Stoun fikirləşib.

4. "Twitter"in həmtəsisçisi Cek Dorsi xidməti ilk əvvəl "Twitch" adlandırmaq istəyirdi, lakin sonra onu daha ahəngdar "Twitter" ilə əvəz edib. Layihənin kod adı isə "twttr" sözü olub.


5. Mesajların qruplaşdırılması üçün populyar alət olan heşteq "Twitter" xidmətinin istifadəyə verilməsindən 1 il sonra təqdim edilmiş və o, istifadəçilərdən biri tərəfindən təklif edilmişdi.

6 .Xidmətin mövcudluğu ərzində ilk "Qızıl tvit" (Golden Tweet Award) mükafatını 2010-cu ildə amerikalı teleaparıcı Stefan Kolbert alıb.

7. Aktyor Çarli Şinin mikrobloqu 1 sutkadan az bir müddətdə milyon izləyici toplamaqla rekord qırıb.


8. "Twitter"də mesajların 3/4-ü təxminən 5 faiz istifadəçi dərc edilir və xidmətdəki hər beşinci hesab sahibi heç vaxt mesaj dərc etməyib.

9. ABŞ Konqresinin kitabxanası "Twitter" xidmətinin istifadəçiləri tərəfindən dərc edilmiş bütün mesajları arxivləşdirir.

10. "Twitter"in baş direktoru Dik Kostolo əvvəllər peşəkar komik aktyor idi.

11. Twitter Inc. San Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San Antonio şəhərlərində də vardır.

12. 24 oktyabr 2015-ci ildə Twitter rekord sayda - 41 milyon tvitin "#ALDubEBTamangPanahon" həştəgi olmuşdur.


Ən məşhur 10 Hesab
Nəticələr 7 mart 2016-ci il tarixinə aiddir aiddir.

1. Katy Perry: 84,010,474
2. Justin Bieber: 76,688,901
3. Taylor Swift: 72,438,027
4. Barack Obama: 70,809,357
5. YouTube: 60,275,084
6. Rihanna: 56,953,903
7. Lady Gaga: 56,733,198
8. Ellen DeGeneres: 55,210,753
9. Twitter: 53,224,558
10. Justin Timberlake: 52,575,083

Əvvəlki Xəbər
RƏYLƏR
  1. allah bendesi
    istifade etmediyim ucun hec bir anlayishim nede melumatim yoxdur..teshekkur paylashim ucun birshey oyrenmish oldum yene ellerinize sagiq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.