Dünyanın ən bahalı təyyarə bileti: 80 min dollara nələr daxildir?

05 Haziran 2016
2 455
0
Dünyanın ən bahalı təyyarə bileti: 80 min dollara nələr daxildir?
Dünyanın ən bahalı təyyarə bileti: 80 min dollara nələr daxildir?

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aviaşirkəti “Etihad Airways” müştərilərinə dünyanın ən bahalı biletini təklif edib.

Feat.Az Publika.az saytına istinadən xəbər verir ki, aviaşirkətin Airbus A380-800 təyyarəsi ilə İngiltərənin London şəhərindən Avstraliyanın Melburn şəhərinə uçmaq və geri qayıtmaq sərnişinlərə 80 min dollara başa gələcək.

Bu məbləğdən keçən sərnişinlər qonaq otağı, yataq otağı, duş, aşpaz, xidmətçi qız və iki düz ekran TV ilə təmin ediləcək. Bu şərait “Etihad Airways”ın yalnız bir təyyarəsində mövcuddur.

Qeyd edək ki, əvvəlki rekord biletin qiyməti də “Etihad Airways”a məxsusdur. Hindistanın Mumbay şəhərindən ABŞ-ın Nyu-York şəhərinə gediş-gəliş biletinin qiyməti 75 min dollar idi. Bu bileti alan sərnişinlər də lüks şəraitlə təmin olunmuşdu.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.