Apple-ə maraq yüksəkdir

10 Aralık 2014
2 428
0
Apple-ə maraq yüksəkdir
Apple-ə maraq yüksəkdir

Kantar Worldpanel şirkətinin tədqiqatına əsasən, iPhone 6 və iPhone 6 Plus smartfonlarının buraxılması fonunda Avropanın böyük ölkələrinin bazarlarında Apple şirkətinin payı artıb.

2014-cü ilin avqust-sentyabrında Qərbi Avropanın böyük ölkələrinin (Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa) bazarlarında iOS platforması ilə işləyən qurğuların bazar payı 20.7 faizə çatıb.

Bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5.7 faiz yüksəkdir. Tədqiqatçılar bu artımı iPhone 6 və iPhone 6 Plus smartfonlarının buraxılması ilə izah edirlər. Müvafiq dövrdə Android əsaslı smartfonların bazar payı 69.4 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 2.5 faiz azdır. Həmçinin bu ölkələrdə Windows platformasının bazar payı 1.2 faiz azalaraq 8.7 faiz olub.

Həmçinin Avstraliya, ABŞ və Çində iPhone 6 smartfonunun payı artıb.
Appleın yeni smartfonlarının təqdim edilməsinə baxmayaraq, Yaponiya bazarında iOS qurğuların bazar payı 13.1 faiz azalaraq 48 faiz təşkil edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.