Günəş eynəyi seçərkən bu qaydalara əməl edməyiniz məsləhətlidir

24 Ocak 2015
1 869
0
Günəş eynəyi seçərkən bu qaydalara əməl edməyiniz məsləhətlidir
Günəş eynəyi seçərkən bu qaydalara əməl edməyiniz məsləhətlidir


Yaz aylarının gəlməsi ilə birlikdə həm günəşin zərərli faktorlarından qorunmaq həm də stilinizə fərqli kombinasiyalar əlavə etmək üçün seçilən günəş eynəkləri mütləq doğru qərarlar ilə seçilməlidir. Səhv seçilən günəş eynəkləri günəşin təsirli olduğu saatlarda bizləri qorumaq əvəzinə daha ciddi problemlər ilə qarşılaşmağımıza səbəb ola bilər. Yaxşı günəş eynəyi tam olaraq necə və nəyə görə seçilməlidir? Gəlin detallara birlikdə baxaq ...

Eynəyin çərçivəsi üzünüzün böyüklüyü ilə mütənasib olmalıdır. Böyük üzlərdə böyük, kiçik üzlərdə isə kiçik çərçivələr daha yaxşı görsənir.

Eynəyin üzərində ultrabənövşəyi şüaların qarşısını aldığına dair qeydiyyatı, Səhiyyə Nazirliyində təsdiq olunmuş sertifikatı və şüşələri UV filtrli olmalıdır.

Eynək üzə tam olaraq oturmalıdır. Əks tədqirdə yanlardan işıq düşür və eynək taxmağın heç bir mənası olmur. Bunun üçün taxdığınız eynəyi hər iki tərəfindən tutun. Əgər asan hərəkət etmirsə deməli üzünüzə tam oturmuşdur.

Şüşə rəngləri əvvəllər yalnız qəhvəyi və qara olurdusa, indi hər cür rəngli eynəklərə rast gəlmək mümkündür. Bu rənglər fərdi zövqlərə tabe olsa da əslində hər birinin bir vəzifəsi vardır. Boz və qəhvəyi rənglər xüsusilə avtomobil istifadə edərkən tövsiyə olunur . Mavi və yaşıl rəng işığı kəskinləşdirir və rəngləri qəbul etməyi çətinləşdirir.

Əgər nömrəli eynək və ya linza istifadə edirsinizsə, günəş eynəyi almazdan əvvəl həkimə müraciət etməlisiniz.

Açıq dərili insanlar açıq rəng və yüngül çərçivələri seçməli, çünki yaşıl, mavi kimi tünd rənglər üzü solğunlaşdırır. Tünd dərililərdə isə, gümüşü, qızılı və şəffaf çərçivələr mükəmməl görsənir.


Bazardan alınan eynəklərin istifadəsi təhlükəlidirmi?

Xüsusilə ozon təbəqəsinin nazikləşməsinə görə artıq günəş eynəyi istifadə etmək bir zövq və dəb deyil, əhəmiyyətli bir ehtiyac halına gəlmişdir. Ultrabənövşəyi şüalara uzun müddət çılpaq gözlə məruz qalmaq bir çox göz xəstəliyinə səbəb ola bilir. Bazar dəzgahlarında, yol kənarlarında, bijuteriya mağazalarında satılan 5-20 manatlıq eynəkləri əsla istifadə etmək olmaz. Bu keyfiyyətsiz eynəklər, onsuz da var olan təhlükəni daha da artırır. Xarab şüşələrə görə tünd rəngə aldanıb böyüyən göz bəbəkləri daha çox işığa məruz qalır və bir çox göz qüsuru ortaya çıxır. Uzun müddət istifadə etdikdə isə iki göz arasındakı əlaqəni pozub bulanıq görmə, cüt görmə kimi problemlərə də yol aça bilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.