Kim bilir… Bəlkə də…

24 Ocak 2015
3 963
0
Kim bilir… Bəlkə də…
Kim bilir… Bəlkə də…

Gedirsən… Bilirdim gedəcəyini… Həm də ilk gəldiyin gündən… İlk dəfə “səndən heç yerə getməyəcəyəm” dediyin zamandan…
İlk dəfə
“sən hər şeysən,səni heç birə şeyə dəyişmərəm” dediyin zaman əslində mən bilirdim gedəcəyini… Eşq budur,deyəsən?! Getmə deyə bilmədiyim kimi, gəlmə də deyə bilmədim… Deyə bilməzdim…Bir az da olsa mənim olmağın, bir az da olsa məndə qalmağın bəs idi mənə bəlkə də… Heç mənim olmamağındansa… Bəlkə də bəs idi mənə yalan olduğunu bilərək verdiyin sözlərlə yaşamaq… Bir az da olsa eşqi səninlə dadmaq…
Bilmirəm…Bəlkə də bilirdim, ancaq imkansıza inanmışdım… Getməmə ehtimalına qapılmışdım… Bəlkə də getməyini istəmədiyim üçün idi… Bütün bildiklərimi, bütün inandıqlarımı unutmaq istədim və açdım qapılarımı bəlkə də… Kim bilir…
Yaşamadığım bir şeyi dadmaq istəmişdim bəlkə də səninlə…Bir günə bir ömür sığdırmaq istəmişdim… Heç beləsini yaşamamışdım… Bəlkə də onun üçün açdım qapılarımı bütün cəsarətimlə… Xoşbəxt sonla bitməyəcəyini bilə-bilə…

Sevdiyini bilirdim… Gedərkən belə, ürəyində olacağımı bilirdim… Bəlkə də əfsanə olmaq istəmişdim…Xatırlayırsanmı, hər dəfə sənə
“əsl sevgilər qovuşmur, bax Leyli-Məcnun qovuşmadı” deyəndə, gülürdün mənə, “biz qovuşacağıq” deyirdin…İki nəfər sevəndə, qovuşmursa, bax o əfsanə olur…Biz də əfsanələrə qarışdıq, birdənəm…
Kim bilir, sonum ol istəmişəm bəlkə də…Sənsiz səni yaşamaqdansa…Səni heç bilmədən, səni heç dadmadan bir ömür yaşamaqdansa, sənli keçən qısa bir zamanın ardından son olmaq istəmişəm bəlkə də…

Sən uzaqlaşarkən, hər atdığın addımda yox olmaq istəmişəm bəlkə də…
Bəlkə də heç nə istəmirdim… İstədiyim bircə şey sadəcə sən idin…Sən də getdin…
Desəm ki, peşmanam, inanma… Mən səndə özümü tapdım və elə səndə də itirdim… Bəlkə də mən sadəcə səndə yox olmaq istəyirdim…Kim bilir… Bəlkə də…
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.