Günahkar qadın

25 Ocak 2015
2 896
0
Günahkar qadın
Günahkar qadın


Bir abid öz ibadəti ilə İblisin qəddini qırmışdı.İblis şeytanları toplayıb abidi yoldan çıxarmaq üçün onlarla məsləhətləşdi.Şeytanlardan biri abidi namazdan uzaqlaşdırmağa söz verdi.
Həmin şeytan abidin yanına gəlib aramsız ibadətə başladı.Fürsət düşən kimi abid ondan bu möminliyinin səbəbini soruşdu.Şeytan dedi:"Mən günaha yol verdiyim üçün bu günahın qorxusundan ibadətdən yorulmuram".Şeytandan məsləhət alan abid daha yaxşı ibadət etmək üçün sadəlövhcəsinə günah etmək qərarına gəldi.
Günahkarlığı ilə tanınmış qadın abidi günahkarlar məhəlləsində görüb onun şeytana aldandığını anladı.Ona yaxınlaşıb dedi:"Ey abid! Qayıt səni bura göndərənin yanına .Əgər tapmasan bil ki,şeytandır".

Abid geri qayıdıb öz günah məsləhətçisini tapa bilmədi.Onu günahdan çəkindirmiş qadına dua etdi.Günahkar qadın həmin gecə dünyasını dəyişdi.Allah -Təala o dövrün peyğəmbərlərinə vəh etdi:"Camaatla birgə o qadını dəfn et.Mənim bir bəndəmi hidayət etdiyi üçün onun bütün günahlarını bağışladım".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.