Qadınlar və kişilər arasında məzəli müqayisələr

Qadınlar və kişilər arasında məzəli müqayisələr
Qadınlar və kişilər arasında məzəli müqayisələr


Evdən çıxmaq
Nə vaxt ki, kişi deyir artıq evdən çıxmağa hazırdı, deməli o həqiqətən də çıxmağa hazırdı. Nə vaxt ki, qadın deyir artıq evdən çıxmağa hazırdı, bu o demekdir ki, o kosmetikasını indicə qurtarıb ve artıq sırğalarını axtarır.

Bazarlıq
Qadın bazarlıq etmək üçün əvvəlcə lazım olan şeylərin siyahısını tutur və sonra dükana gedir.Kişi isə soyuducuda hər şey tükənənə qədər gözləyir.Sonra dükana gedir və gözünə gözəl görünən hər şeyi alır.


Hamam
Kişinin hamamda 6 əşyası olur: diş məcunu,diş fırçası, üzqırxma kremi,ülgüc,sabun və dəsmal.Qadının isə hamamda olan əşyalarının orta sayı 437-dir.Kişilər bu əşyaların çoxunun adını belə bilmirlər.

Paltar dəyişmək
Qadınlar hər bir işə fərqli paltarlar geyinir.Qadın dükana gedərkən,çiçəkləri sularkən,kitab oxuyarkən paltarlarını dəyişir.Kişi isə ancaq qadın ondan tələb etdikdə,toy və ya dəfn mərasimində paltarlarını dəyişir.


Telefon
Kişilər telefona bir əlaqə vasitəsi kimi baxırlar,onlar telefondan bir-birinə qısa mesaj yazmaq üçün istifadə edirlər.Qadınlarda isə telefona münasibət başqadır.Onlar yeni ayrıldığı rəfiqəsindən evə yetişincə,təkrar telefonda söhbətə davam edərlər.

Güzgü
Kişilər lovğadır,onlar özlərinə baxmaq üçün güzgüdən istifadə edərlər, qadınlar isə gülüncdürlər,onlar hər yerdən mağaza şüşələrindən,qaşıqdan,avtomobil pancərəsindən özlərinə baxmaq üçün istifadə edərlər.


Yollar
Əgər qadın maşın sürərkən yolu itirirsə,maşını saxlayaraq insanlardan ünvanı öyrənməyə çalışacaq.Kişilər isə bunu zəiflik əlaməti kimi görürlər,onlar heç vaxt dayanıb ünvanı soruşmaq istəmirlər.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.