9-cu HAQQ - Müsəlmanların bir-birinə olan haqqı

07 Şubat 2015
1 222
0
9-cu HAQQ - Müsəlmanların bir-birinə olan haqqı
9-cu HAQQ - Müsəlmanların bir-birinə olan haqqı


1. Mö‘minlər öz aralarında biri-birilərinə qarşı mərhəmətli, mülayimdirlər:

«Məhəmməd Allahın elçisidir. Onlunla birlikdə olanlar (mö‘minlər) kafirlərə qarşı sərt, (öz aralarında isə) bir-birinə qarşı mərhəmətlidirlər» («əl-Fəth» surəsi, 29).
Əbu Musadan (r.a) rəvayət olunan hədis: «Peyğəmbər (s.ə.s) demişdir: "Mö‘minlər bina kimidir, bir-birinə dayaq olur". Sonra o (s.ə.s) əllərinin barmaqlarını bir-birinə keçirtdi» (əl-Buxari, 6026).
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Mö‘min bəndə (mö‘min) qardaşına yardım etdikcə Allah da ona yardım edər" (Müslim, 6793).

2. Müsəlman olan şəxs başqa müsəlmanlara zərər vur¬mamalıdır:

Abdullah ibn Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "(Həqiqi) müsəlmanın əlindən və dilindən başqa müsəlmanlar zərər çəkməz…" (əl-Buxari, 10). Bu hədisdə əl və dil ən çox hərəkətdə olan əza olduğu üçün xüsusiləşdirildi. Deməli, müsəlman hər bir əzasını xeyir üçün istifadə etməlidir.

3. Müsəlman bacardığı qədər pisliyi yaxşılıqla dəf etməli və ya onun əvəzini pisliklə çıxmamalıdır:

«Sən pisliyi yaxşılıqla dəf et!» («əl-Mu‘minun» surəsi, 96).

«Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö‘min kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən. Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük ismət (savab, fəzilət) sahiblərinə əta olunur» («Fussilət» surəsi, 34-35).

«Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman onlarla gözəl, yumşaq danışarlar» («əl-Furqan» surəsi, 63).

4. Müsəlman qardaşının səhvini gördükdə onu düzəltmək üçün çalışmalı və camaat arasında onu ifşa etməməlidir:

Əbu Səid əl-Xudridən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Sizdən biriniz münkər (günah) gördükdə onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona qadir olmasa, qəlbi ilə (o münkərə) nifrət etsin ki, bu da imanın ən zəif mərtəbəsidir" (Müslim, 175).
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Kim bir müsəlmanın eybini örtərsə, Allah da dünya və axirətdə onun eybini örtər" (Müslim, 6793).

5. Müsəlman ticarət etdikdə də aldatmamalıdır:

«Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar, xalq üçün bir şey ölçdükdə və çəkdikdə onu əskildərlər» («əl-Mutaffifin» surəsi, 1-3).
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Bizə qarşı silah qaldıran və bizi aldadan (ticarətdə və s.) bizdən deyildir" (Müslim, 164).

6. Mö‘minlərə əziyyət verməmək də bu haqlardandır:

«Mö‘min kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər» («əl-Əhzab» surəsi, 58).
Bundan əlavə Peyğəmbərin (s.ə.s) hər bir müsəlman üçün xüsusiləşdir¬diyi haqlar var.
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Müsəlmanın müsəlman üzərində haqqı altıdır". "Onlar hansılardır?" – deyə soruşulduqda, o demişdir: "Qarşılaşdıqda salamını almaq, də‘vət etdikdə də‘vətini qəbul etmək, nəsihət istədikdə nəsihət vermək, asqırıb "əlhəmdu lilləh" desə, ona "yərhəmukəllah" demək, xəstələndikdə ziyarət etmək və vəfat etdikdə cənazəsinin ardınca getmək" (Müslim, 5616).

7. Müsəlmanların arasında sülh yaratmaq:

«Həqiqətən, mö‘minlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız» «əl-Hücurat» surəsi, 10
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.