İbrətamiz bir hekayə...

09 Şubat 2015
1 527
0
İbrətamiz bir hekayə...
İbrətamiz bir hekayə...


İmam Baqir (əleyhissalam)-ın səhabələrindən biri olan Əbu Həmzə Somali Həzrətdən belə bir hadisdə nəql edir: Bəni İsrail tayfasında bir nəfərin iki arvadı var idi. Onlardan birinin əsli-əsəbi pak, nəcabətli idi. O arvadından bir layiqli, o birisindən isə iki (naxələf) oğlu dünyaya gəldi. O kişi öləndə vəsiyyət etdi ki, bütün var-dövlətini yalnız bir oğluna versinlər. Onun vəfatından sonra oğlanlarının hər biri dedi:
Atamın məqsədi mənəm və bütün irs mənə çatacaqdır. İxtilafı həll etmək üçün hər üçü qazının yanına getdi. Qazı da onları Bəni-ğənam qardaşlarının yanına göndərdi. Onlar həmin yerə çatdıqda böyük qardaş ilə görüşdülər, amma o dedi:
Mən evin kiçik oğluyam, məndən böyük qardaşımın yanına gedin. Onlar ikinci qardaşın yanına getdilər, o da zahirdə əvvəlki qardaşdan cavan görünürdü.
İkinci qardaş dedi: Məndən böyük qardaşımın yanına gedin. Üçüncü qardaşın yanına getdilər, gördülər ki, o da hamısından cavan görünürdü.
Ona dedilər: Sənin məsələn bizim məsələmizdən daha təəccüblüdür; əvvəl de görək sizə nə olmuşdur ki, yaşı çox olan qardaş daha cavandır, yaşca cavan olanınız isə qocalıbdır? Yaşda bütün qardaşlardan böyük, zahirdə isə ən cavan görünən qardaş dedi: Bizim qocalan kiçik qardaşımızın üsyankar bir arvadı vardır, ona əzab-əziyyət verib qocaltmışdır. İkinci qardaşımın arvadı əxlaqi cəhətdən nisbətən orta səviyyədədir, bəzi hallarda ərini xoşhal edir, bəzən də qəmləndirir. Buna görə çox da qocalmamışdır. Amma yaşda hamıdan böyük olmağıma baxmayaraq, mənim arvadım əməli saleh və sözə baxandır. O heç vaxt məni narahat etməmişdir, əksinə, həmişə mənim narahatlıqlarımı öz məhəbbətləri ilə aradan qaldırır. Ona görə də mən cavan qalmışam. Sizin məsələnizə gəldikdə isə, deməliyəm ki, gedib atanızın qəbrini açıb sümüklərini yandırın, sonra isə mənə müraciət edin, sizin barənizdə mühakimə yürüdüm.

Onlar atalarının qəbrini açmaq istəyəndə pak və iffətli qadından dünyaya gələn oğlu dedi:
Mən öz fikrimdən döndüm və payımı sizə verdim.
Onlar qazının yanına qayıtdıqda qazı dedi: Atanızın bütün mal-dövləti bu oğlana çatır. Əgər siz də atanızın həqiqi övladları olsaydınız, onun halına yanar və ona rəhm edərdiniz. Bu hədisdən həyat yoldaşının əri ilə xoş rəftarını əsərləri tammamilə aydın olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.