İnsanları tanımaq həqiqətən çətinmiş

09 Şubat 2015
11 155
0
İnsanları tanımaq həqiqətən çətinmiş
İnsanları tanımaq həqiqətən çətinmiş

İnsanları tanımaq həqiqətən çətinmiş

Üzdə mələk görsənən,içdə şeytana yoldaş,
Kimə inanasan ki,dəhşətdi-dəhşət qardaş,
Çürük meyvəyə bənzər,iki üzlü dost sirdaş,
Qurd ağacı icindən düz deyiblər yeyərmiş ,
İnsanları tanımaq həqiqətən cətinmiş.....

İnsanları tanımaq həqiqətən çətinmiş

Coxu gəzib dolanır dünyanı qarış-qarış
Axırda da deyirki dünya fani nakammış ,
Süleymana qalmayan göstər de kimə qalmış,
Bir gün gələn bir gündə baş götürüb gedərmiş ,
Həyat belə qurulub, qayda qanun beləymiş ...

İnsanları tanımaq həqiqətən çətinmiş

Məhəbbət cevrilibdi oyun oyuncaqlara...
Coxları bənzəyibdi ,Fərhad Kərəm , Məcnuna ,
Sevgi Nədi bilməyən düşübdü sevdalara ,
Baxanda doğurdanda kənardan gülməliymiş,
Guya bular sevgidə dəli divanələrmiş ....

İnsanları tanımaq həqiqətən çətinmiş

İnsan mələk doğulur,göz acanda dünyaya ,
Gərək addım atanda,insanlar yanılmaya,
Seymur bir gün sənidə cəkəcəklər qınağa ,
Haqlı haqsız ədalət,bax onda bilinərmiş ,
Həqiqət süsgəcindən düzgünlük secilərmiş ...

İnsanları tanımaq həqiqətən çətinmiş

Müəllif: Seymur Sönməz 01.02.2015
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.