Parlaq saçların sirri soyuducuda
Kim parlaq və sağlıqlı saçlara sahib olmaq istəməz ki? Parlaq saçların sirri sizi soyuducuda gözləyir.
1. Soyuducunu açın və mayonezi götürün. Bir qaba tökün və saçlarınıza uclarından, diblərinə doğru mayonez çəkin. Əgər saçlarınız yağlıdırsa, onda diblərə çox çəkməyin. Mayonezi çəkdikdən sonra, 1-1,5 saat gözlədin, sonra saçlarınızı şampunla yuyun.
2. Əgər mayonez yoxdursa, onda 4 yumurtanın sarısını ayırın. Ayırdığınız sarıları bir az zeytun yağı ilə qarışdırın. Əvvəlcə saçlarınızı yuyub, sonra bu qarışığı çəkin. 5-6 dəqiqə gözlətdikdən sonra saçlarınızı təkrar ilıq su ilə yuyun..
3. Başqa bir vasitə də qatıqdır. Saçlarınızı yaxşıca daradıqdan sonra, qatığı quru saça çəkin. Əgər saçınız uzundursa, arxaya doğru yığın. 20-30 dəqiqə, ya da qatıq bərkləşənə kimi gözlədin, sonra da yuyun..
4. 1 stəkan alma sirkəsinə, yarım stəkan su əlavə edin. Bu qarışığı saçlarınıza sürtüb, 15 dəqiqə gözlədin və yuyun. Bu maskanı hər həftə təkrarlaya bilərsiniz.
5. Maskaları saçınızda gözlədəcək vaxtınız və səbriniz yoxdursa, 4 stəkan ilıq suya 1 yemək qaşığı bal tökün və saçınızı bu qarışıqla yuduqdan sonra saçlarınızı təkrar su ilə durulayın.