Alicənablıq və gözəllik paralel olmalıdır

Alicənablıq və gözəllik paralel olmalıdır
Alicənablıq və gözəllik paralel olmalıdır


Alicənablıq və gözəllik paralel olmalıdır

Bəziləri başqasının üstünə qışqırmaq, qeyri-etik davranmaq, sözünü kəsmək, onun fikrini dəyərsiz adlandırmaqla nəyəsə nail olmaq istəyrilər, amma ...

Alicənablığı ümumən gözəllik anlayışından ayırmaq olmaz.
Ta qədimdən peyğəmbərlər, mütəfəkkirlər, filosoflar, imamlar, övliyalar deyiblər ki, alicənab, davranışca gözəl adam dünyanın ən gözəl adamıdır.
Əgər bir adam zahirən gözəl deyilsə belə, incə və zərif davranış onu gözəl edər, onu bir insan kimi ətrafdakıların gözündə gözəlləşdirər.

İnsan daima gözəlliyə can atır. Gözəl görünmək istəməyən yoxdur. Lakin hamı bunu bacarmır. Bəziləri gözəl davranışa zahiri əlamət kimi baxır, davranış gözəlliyini mənəvi aləmin ayrılmaz, ülvi bir hissəsi kimi özlərində yaşada bilmirlər.
Bax, kobud rəftar, qaba davranış kimi alicənablıqdan uzaq xüsusiyyətlər də bu səbəbdən yaranır.
Alicənab insan yalnız özünü sevməklə kifayətlənməz. O,bütün insanlarla həssas rəftar edər, tanışı da, yadı da insan olaraq sevər. Alicənablığın ifadə yollarını, nümunələrini saymaqla qurtarmaq olmaz. Alicənablıq saf ürəkdir, büllur məhəbbətdir, nəzakət və hörmətdir. Özündən kiçiyə qayğı göstərmək, özündən böyüyə ehtiram etmək, qıza, qadına qarşı son dərəcə diqqətli olmaq, valideyin məhəbbətini uca tutmaq, danışarkən qışqırmamaq, başqasının sözünü kəsməmək, qarşı tərəfin fikrinə hörmət etmək alicənablığın əbədi təzahürləridir. Alicənablıq uşaqlıqda da, gənclikdə də, qocalıqda da insanla birlikdə ömür sürməli, onun qəlbində yaşamalıdır.
Lakin alicənablıq göydən düşmür, insanla birlikdə doğulmur, həyatda qazanılır. Alicənablığı həm də insanda ailə, məktəb, onu əhatə edən mühit tərbiyə edir.
Ədəbsizlik, pis vərdiş alaq otu kimidir və öz-özünə quruyub məhv olmur, onu gərək kökündən qoparıb atmağa cəhd edəsən.Təəssüf ki, bəziləri başqasının üstünə qışqırmaqla, qeyri-etik davranmaqla, sözünü kəsməklə, onun fikrini dəyərsiz adlandırmaqla nəyəsə nail olmaq istəyrilər. Amma əslində ucalmalı olduqları təkamül xüsusiyyətlərindən nə qədər uzaqlaşdıqlarının fərqinə varmırlar. Əsasən də gənclər. Bəzən gənclər buna nəinki əməl etmirlr, hətta özlərini bilərəkdən kobud aparır, bunu müaasir moda, dəb kimi qələmə verirlər. Onlar bizim bir xalq kimi fərqlənməyimizdə əhəmiyyəti olmuş adət-ənənələrimizə etinasızlıq edir və bunu "müstəqillik, azadlıq, demokratiya" kimi sözlərlə pərdələyirlər.



Sizin üçün alicənablıq və gözəllik nədir?

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.