Corabla yatmayın

14 Şubat 2015
1 411
0
Corabla yatmayın
Corabla yatmayın


Corabla yatmaq corab şinlərinin uzun müddət təzyiqi periferik qan dövrana mənfi təsir etdiyi kimi dəridə də göbələk infeksiyalarına səbəb ola bilər.

Corabla yatmaq periferik dövrana mənfi təsir etdiyi üçün həmin bölgədə qan dövranını pozur. Qan dövranının pozulması ayaqda göyərmələrə, dərinin qurumasına və dırnaqlarda şəkil pozulmalarına səbəb olur.

Ayaqların tərləməsinə və ayaqların havasız qalmasına yol açdığı üçün göbələk infeksiyasına səbəb olur.Corabla yatmanın səbəb olduğu bir digər problem də ayaqda yaratdığı eqzemalardır. Corabda qalan yuyucu toz artıqları uzun müddət ayaqla təmas etdikdən sonra dəridə alergik dermatitlərə səbəb olub qaşıntı, qızarma, kəpəklənmə kimi şikayətlər yarada bilər, dəridə qurumayla birgə qaşınmalara səbəb olur.


Gecə yatarkən corabların çıxarılması dəri və ayaq sağlığı üçün önəmlidir.Ayaqqabıları ayağı tərlətməyən pambıqlı corabla geyinməli, corabları tez-tez dəyişdirməli və yuduqdan sonra yaxşıca durulanmalıdır.

Dırnaqlar ələ batmayacaq şəkildə düz kəsiməli, ayaqlar yuyulduqdan sonra barmaq araları yaxşıca qurulanmalı , ayaq kremlənməlidir. Buna əməl edilməzsə, ortopedik ayaq dəyişilikləri ilə yanaşı eqzema, göbələk, dırnaq batması və s. kimi dermatoloji problemlər yarana bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.